...

USAİD Azərbaycanda dövlət müəssisələrinin sağlamlaşdırılması kompleks proqramının reallaşdırılmasına yardım etməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2008 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 fevral / müxbir İ.Xəlilova/ ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Azərbaycana kommunal təsərrüfatın inkişafında yenidən yardım etməyi təklif edib. Bu barədə çərşənbə axşamı USAİD-in məsləhətçisi Hafso Bahatti özəlləşdirilən müəssisələrin rəhbərləri ilə görüşdə məlumat verib. Bəzi ölkələrdə bu təsərrüfatlar bələdiyyələrin balansına verilib. [2005-ci ildə USAİD Azərbaycanda "Azərbaycanın enerji sektoruna texniki yardım göstərilməsi"] sınaq layihəsini maliyyələşdirib.

Kommunal təsərrüfatın işinin təkmilləşdirilməsi həm özəlləşdirilmiş, həm də dövlətsizləşdirmə prosesində olan müəssisələrin fəaliyyətinə müsbət təsir göstərəcək.

USAİD-in məsləhətçisi dövlət müəssisələrinin sağlamlaşdırılmasında kompleks tədbirlərin həyata keçirilməsini vacib hesab edir və bu, rəqabətqabiliyyətli məhsul istehsalına və onların satış bazarının geişlənməsinə gətirməlidir.

USAİD nümayəndəsi dövlət müəssisələrinin özəlləşdirmədən qabaq sağlamlaşdırılması və restrukturizasiyası üzrə seminar və konfransların təşkilində yardım etməyə hazır olduğunu bildirib. Agentlik bu tədbirlərə xarici bankları və özəlləşdirmə prosesində iştirakda, həmçinin, ölkə müəssisələrinin özəlləşdirmədənqabaq hazırlığında maraqlı olan investorları dəvət edə bilər.

"Bu, şəffaflıq baxımından çox vacibdir. Ümumilikdə, özəlləşdirmə prosesində iştiraka marağın yaranması vergi və tarif siyasətinin düzgün seçilməsindən asılı ola bilər və bunun üçün araşdırmalar lazımdır", - Bahatti bildirib.

Onun rəyinə görə, özəlləşdirmədənqabaq prosesdə müəssisələrin inkişafına büdcə və donor vəsaitləri ilə yanaşı, yerli mikromaliyyələşdirmə təşkilatlarının da vəsaitlərini cəlb etmək olar. Belə təcrübə Hindistan və Çində mövcuddur. Burada müəssisələrin inkişafı daxili vəsaitlər hesabına subsidiyalar və maliyyə yardımları nəticəsində təmin edilib.

Məqalə müəllifinin əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti