...

Azərbaycanın sığorta bazarında kadr çatışmazlığı var – "Az Sigorta" İdarə Heyətinin sədr müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2008 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 fevral / " , müxbir U.İsmayılova/ Azərbaycanın sığorta bazarında ixtisaslaşmış kadr çatışmazlığı ilə bağlı problem mövcuddur. Bu barədə cümə axşamı Azərbaycanın iri sığorta şirkətlərindən biri olan "Az Sigorta"nın İdarə Heyətinin sədr müavini Xayal Məmmədxanlı bildirib.

"Sığorta bazarında kadr çatışmazlığı ilə bağlı problem ölkədə bu sahədə təhsil müəssisəsinin olmaması ilə əlaqədardır" - deyə Məmmədxanlı bildirib.

Sığorta şirkətlərinin əməkdaşları ixtisaslaşdırılmış təhsil almırlar və sığorta fəaliyyətində praktika hesabına formalaşırlar.

"Şirkətin dinamik inkişafı ilə əlaqədar olaraq biz həmişə sığorta işində ixtisaslaşdırılmış kadrlara ehtiyac duyuruq" - deyə Məmmədxanlı vurğulayıb.

"Az Sigorta" iri sığorta şirkəti 2007-ci ilin yekunları üzrə fəaliyyət tarixi ərzində ilk dəfə olaraq 5 mln. manat göstəricisi ilə yığım həcmi üzrə liderlər onluğuna daxil olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti