...

Mütəşəkkil Banklararası Kredit Bazarında yüksək fəallıq müşahidə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2008 20:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 fevral / Trend / Ötən gün Bakı Banklararası Valyuta Birjasının "BEST" elektron ticarət sistemində fəalliyət göstərən Mütəşəkkil Banklararası Kredit Bazarında rekord həcmlər qeydə alınıb. Gün ərzində pul bazarının birja seqmentində manat ekvivalentində 12 milyon 313 min təşkil edən 4 əqd qeydə alınıb. Bu barədə birjanın məlumatında xəbər verilir. Ümumiyyətlə, son iki gündə qeydə alınan əqdlərin həcmi 15,8 milyon manatdan çoxdur.

Bu il Mütəşəkkil Banklararası Kredit Bazaranıda müşahidə olunan yüksək fəallıq bazar iştirakçısı olan bankların bu cür əməliyyatlara daha çox maraq göstərməsinə dəlalət edir. İlin əvvəlindən birjanın pul bazarında banklar arasında manat, ABŞ dolları və AVRO kredit alətləri üzrə 15 əqd bağlanılıb. Onların ümumi həcmi manat ekvivalentində artıq 33 milyon 700 minə çatıb. Bu da ötən ilin yanvar-fevral ayları ilə müqayisədə, 4,35 dəfə çoxdur.

Xəbər lenti

Xəbər lenti