...

Beynəlxalq Valyuta Fondu Gürcüstan Milli Bankının müstəqilliyini dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Fevral 2008 17:49 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu Gürcüstan Milli Bankının müstəqilliyini dəstəkləyir

Gürcüstan, Tbilisi, 29 fevral / " müxbir N.Kirtsxaliya / Beynəlxalq Valyuta Fondu (BVF) nümayəndə heyətinin Gürcüstana səfər planına 2007-ci ildə ölkənin iqtisadi vəziyyətinin qiymətləndirilməsi və cari ilin planları ilə tanışlıq daxildir. Nümayəndə heyəti fəaliyyətinə Gürcüstan Milli Bankının prezidenti vəzifələrinin icraçısı David Amaqlobeli ilə cümə günü keçirilən görüşlə başlayıb.

BVM nümayəndə heyətinə Fondun Orta Asiya və Yaxın Şərq Departamentinin sədr müavini Devid Ouen başçılıq edir.

Amaqlobelinin görüşün sonunda bildirdiyinə görə, Fond 2007-ci il üzrə iqtisadi fəaliyyəti müsbət qiymətləndirir.

Onun sözlərinə görə, ötən il Gürcüstanda iqtisadi fəallığın rekord artımı qeydə alınıb, xüsusilə də investisiyanın cəlb olunması nöqteyi- nəzərindən, bu da inflyasiyaya mənfi təsir göstərib.

"Biz, missiyanı planlaşdırılan tədbirlərlə, o cümlədən Fond tərəfindən dəstəklənən inflyasiyanın istiqamət prosesi ilə tanış etdik", - Milli Bankın sədri səlahiyyətlərinin icraçısı qeyd edib.

O, parlamentə daxil olan Milli Bankın azadlığını məhdudlaşdıran "qlobal raqəbət qabiliyəti haqqında" Qanun layihəsinin parlamentə daxil olması barədə Fondun nə dərəcədə razılığına dair şərh verib.

Amaqlobelinin qeyd etdiyi kimi, son variantdan bankın hökumət qarşısında məsuliyyəti haqqında bənd götürülüb. "Bu vaxta qədər bank parlamentin pul-kredit siyasətinin təsdiqləməsi ilə məhdudlaşıb", - Amaqlobeli bəyan edib və qeyd edib ki, son variant üzrə qanunverici orqan, sadəcə olaraq, bankın məruzəsini dinləyir, lakin təsdiq etmir.

Milli Bankın müvəqqəti rəhbərinin bildirdiyinə görə, bankın inflyasiyaya görə məsuliyyətinin artacağı dövrdə onun daha çox sərbəstliyə ehtiyacı olur.

Milli Bankın müstəqilliyinə BVF nümayəndə heyətinin rəhbəri Ouenin jurnalistlərə bildirdiyinə görə, yeni layihələrlə əlaqədar, o, hökumət nümayəndələri ilə danışıqlar aparacaq və yekun mətbuat konfransında həftəlik fəaliyyətin nəticələrini açıqlayacaq.

Ouen bankın fəaliyyəti ilə tanış olduğunu və hökumətin inflyasiyanın aşağı düşməsi ilə əlaqədar bu göstəricinin daha çox aşağı salınması üçün hər şey edəcəyinə ümid etdiyini bilidirib. "Güman edirəm ki, inflyasiya təzyiqi azalacaq", - o qeyd edib.

Hazırki mərhələdə Gürcüstan Fondunun fəaliyyəti məsləhət mahiyyəti daşıyır. Bu, Gürcüstanın Fonda üzv olanadək davam edəcək və missiya, müvafirq olaraq, il ərzində ölkəyə gələcək.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti