Azərbaycan, Bakı,10 mart / Trend / Azərbaycan Dövlət Dəmir yolunun sənişin xidməti 2007 - ci ildə 6 mln. 592 min sərnişin daşınıb ki, bu da 2006 - cı ilin nəticələrindən 774, 1 min nəfər çoxdur. Bu barədə ADDY İB - nin sərnişin xidmətinin rəhbəri Eliyar Muradov məlumat verib.
Məmmədovun sözlərinə görə, daşınan sərnişinlərin ümumi həcmindən 2 mln. 158, 7 min nəfəri yerli xətlər, 699, 4 min nəfəri beynəlxalq marşrutlar və 3 mln. 740, 1 min nəfər isə, şəhərlərarası marşrutların payına düşür.
Keçən il ərzində Bakı Vaqon - Təmir deposunda 370 sərnişin vaqonu təmir, 68 vaqon isə, əsaslı təmir olunub.