...

Azərbaycan və İsrail qarşılıqlı sosial təminata dair konvensiya imzalayacaq (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Mart 2008 13:47 (UTC +04:00)
Azərbaycan və İsrail qarşılıqlı sosial təminata dair konvensiya imzalayacaq (video)

Azərbaycan, Bakı, 11 mart / " müxbir U.İsmayılova/ İsrail və Azərbaycan qarşılıqlı sosial təminat və sosial sığorta sahəsində təcrübə mübadiləsinə dair ikitərəfli konvensiya imzalayacaq. Bu barədə çərşənbə axşamı Bakıda İsrailin Milli Sığorta İnstitutu yanında beynəlxalq konvensiya şöbəsinin direktoru Yakob Sasporte məlumat verib.

"Konvensiyaya müvafiq olaraq, İsraildə yaşayan azərbaycanlılar İsrail qanunları əsasında pensiya ala biləcək, həmçinin Bakıda yaşayan yəhudilər yerli qanunlarla sosial cəhətdən təmin olunacaq" - deyə Sasporte bildirib.

Bakıda çərşənbə axşamı Azərbaycan Sosial Müdafiə Fondunda Fond rəhbəri ilə İsrailin Azərbaycandakı səfiri Artur Lenk başda olmaqla İsrailin numayəndə heyəti arasında görüş keçirilib. Tərəflər gələcək əməkdaşlıq və qarşılıqlı sosial təminat üzrə ikitərfli konvensiyanın imzalanmasına dair danışıqlara başlayıblar. Görüşün davamı şənbə günü Bakıda keçiriləcək.

Sasportenin sözlərinə görə, konvensiyanın imzalanmasından sonra İsraildə yaşayan və işləyən hər bir azərbaycanlı ailə vəziyyəti, iş və yaşayış yerindən asılı olaraq 500 dollardan 700 dollara qədər (1,5-dən 2 minə qədər israil şekeli) həcmdə pensiya ilə təmin olunma imkanı əldə edəcək.

İsraildə alınan pensiyaların həcmi Azərbaycanda olduğu kimi, Sosial Fonda toplanan vəsaitlərdən asılı deyil.

Sasporte bildirib ki, İsrail artıq 15 Avropa ölkəsi ilə hazırlanan 54 forma əsasında 15 belə konvensiyaya malikdir.

"Konvensiya barədə müzakirələr bu gün başlayıb. Buna görə imzalanmanın dəqiq tarixini demək çətindir" - deyə Sasporte vurğulayıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: capital

Xəbər lenti

Xəbər lenti