...

Unileasing iritonnajlı yük maşınları üçün xüsusi təkliflə çıxış edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2008 20:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart/ " müxbir Ü.İsmayılova/ Azərbaycanın Unileasing lizinq şirkəti iri tonnajlı yük avtomobilləri əldə edilməsinin maliyyələşdirilməsi üzrə xüsusi şərtlərin tətbiqinə başlayıb. Bu barədə şirkətin bazar ertəsi yayılan məlumatında deyilir.

Şirkət mütəxəssislərinin araşdırmalarına görə, nəqliyyat vasitələri respublika iqtisadiyyatında böyük rol oynayır. Onların mövcud olması daha çox yük daşınması ilə bağlıdır. Yük daşınması həcmi ilbəil artır ki, bu da yükdaşıyan maşınlara olan tələbatın artmasına gətirir.

Bunları nəzərə alaraq, Unileasing Lizinq Şirkəti "Nəqliyyat vasitələrinin lizinqi" layihə çərçivəsində, beynəlxalq yükdaşımalarda istifadə olunan iri tonnajlı yük avtomobilləri əldə etmək üçün hüsusi şərtlərin tətbiqinə başlayıb.

Yenilik çərçivəsində, buraxılış ili 2001-2008-ci il olan DAF, MAN, MERCEDES, SCANIA, VOLVO, FORD markalı yük avtomobilləri, o cümlədən qoşqu və ya yarımqoşquları 20% avans ödəməklə, 60 ay müddətinə lizinq vasitəsilə əldə etmək olar.

Şirkətinin planlarına əsasən, yenilik fiziki və mənəvi cəhətdən köhnəlmiş avtoparkın yeni, müasir nəqliyyat vasitələr ilə ilə əvəz edilməsi və nəqliyyat şirkətlər tərəfindən göstərilmiş xidmətlərin yaxşılaşdırılmasının əsas səbəblərindən biri olacaq.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti