...

Amerika bankı qazın qiymətinin təqribən 16 faiz artacağını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2008 12:00 (UTC +04:00)
Amerika bankı qazın qiymətinin təqribən 16 faiz artacağını proqnozlaşdırır

Azərbaycan, Bakı, 18 mart/ Trend , müxbir A.Bədəlova/ ABŞ-ın, böyüklüyünə görə üçüncü bankı JP Morgan-ın proqnozlarına görə, 2008 və 2009-cu illərdə təbii qazın orta dünya qiyməti $8,78/mmBTU təşkil edəcək. Əvvəllər bank proqnozlaşdırırdı ki, 2009-cu ildə təbii qazın orta dünya qiyməti 2008-ci ildə $7,50/mmBTU qarşı $7,65/mmBTU təşkil edəcək.

Çərşənbə axşamı JP Morgan-ın baş ofisindən Trend -a bildiriblər ki, Bankın 2008-ci ilin ikinci rübündə qazın qiyməti üzrə proqnozları $8,50/mmBTU-dək əsas etibarilə ABŞ-da mayeləşdirilmiş təbii (DTQ)qaz ixarcının azalma ehtimalı ilə bağlıdır. JP Morgan-ın proqnozlarına görə, üçüncü rübdə qazın orta qiyməti $8,97/mmBTU, dördüncü rübdə $8,95/mmBTU təşkil edəcək.

Son 15 ildə DTQ istehsalı, orta hesabla. ildə 6,6 dəfə artıb. Nümunə üçün, Türkiyənin dövlət şirkəti Botas-ın məlumatına görə, 2020-ci ilədək Türkiyənin Nigeriya və Əlcəzairdən mayeləşdirilmiş təbii qaz idxalı 25 mlrd. kubmetri ötəcək.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti