...

Naxçıvan MR Dövlət Gömrük Komitəsi 2007-ci ildə cinayət xarakterli 7 iş aparıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Mart 2008 10:05 (UTC +04:00)

Azərbaycan, Naxçıvan / Trend , müxbir E.Məmmədov/ 2007-ci ildə Naxçıvan MR Dövlət Gömrük Komitəsi cinayət xarakterli 7 iş aparıb. Bu barədə Trend ə Komitənin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, gömrük qaydalarının pozulmasna görə inzibati qaydada 248 icraat aparılmış, gömrük qaydalarının pozulmasınsa görə ödənilmiş cərimənin məbləği 5317,52 manat olmuşdur.

Eyni zamanda cinayət xarakterli 7 iş aparılmış, nəticədə 160,04 qram heroin, 296,931 qram həşiş, 36,817 qram marixuana, 35,495 qram tiryək saxlanılmışdır.

Bundan başqa radikal və dini ekstremist ideyaların daşıyıcısı olan 739 ədəd dini kitab, CD, VCD, audio kasetlər, eləcə də əxlaq pozğunluğunun qarşısının almaq məqsədilə 459 ədə parnoqrafik CD və plakatlar saxlanılmışdır.  

Ötən il həm də gömrükçülər tərəfindən  6 ədəd qədim növ xalça, 374 ədə pul sikkəsi, 1 ədə samovar və 6 ədəd nizə başlığı saxlanılmaqla bədii, incəsənət, arxeoloji və tarixi əşyaların ölkədən çıxarılmasının qarşısı alınmışdır.

Xəbər lenti

Xəbər lenti