...

Azərbaycanın "AGLeasing" lizinq şirkətinin portfeli 8 milyon dollara çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2008 13:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 aprel / " / Azərbaycanın "AGLeasing" lizinq şirkəti mart ayı üzrə fəaliyyətinin yekunlarını açıqlayıb. Bu barədə şirkətin cümə günü yaydığı məlumatında bildirilir.

"AGLeasing" QSC-nin 2008-ci il martın 31-də lizinq portfelinin həcmi 2007-ci ilin martına nisbətən 240 faiz və ya 5,5 mln. dollar artaraq 7,8 mln. dollar təşkil edib. Lizinq portfelinin həcminə görə "AGLeasing" QSC Azərbaycanın ən aparıcı lizinq şirkətləri qrupuna daxil olub.

"AGLeasing" QCS şirkəti tərəfindən 2008-ci il mart ayının sonunda imzalanmış və işə salınmış lizinq müqavilələrinin ümumi sayı 2007-ci ilin martı ilə müqayisədə 2 dəfə artaraq 94 müqavilə təşkil edib.

"AGLeasing"in lizinq portfeli strukturuna bu sahələr daxildir: tikinti sektoru - 33 faiz, ictimai nəqliyyat - 20 faiz, istehsal - 3 faiz, səhiyyə - 3 faiz, dağ sənayesi - 6 faiz, turizm - 5 faiz, ticarət - 7 faiz, yükdaşıma - 9 faiz, poliqrafiya - 3 faiz və s.

Şirkətin lizinq portfelində sürətlə və uğurla inkişaf edən Azərbaycan iqtisadiyyatının bütün sahələri əks olunub.

Şirkətin müştəriləri hüquqi şəxslər, eləcə də fiziki şəxslər - sahibkarlardır.

"AGLeasing" səhmdar lizinq şirkəti 2005-ci ilin əvvəllərində yaradılıb. "AGLeasing" QSC1 mln. manat nizamnamə kapitalı ilə Azərbaycanın ən kapitallaşdırılmış lizinq şirkətlərindən biridir. Cəmiyyətin səhmdarlarının sırasına yerli strukturlarla ("AGBank" ASC - ölkənin bank sektorunda liderlərdən biridir) yanaşı xarici sərmayəçilər də daxildir.

Xəbər lenti

Xəbər lenti