Azərbaycan, Bakı, 05 may / Trend , müxbir S.Babayeva/ NMR-ın Bakıdakı daimi nümayəndəliyindən bildirilib ki, birinci rüb ərzində Naxçıvan Muxtar Respublikasına (NMR) 43,3 mln. manat investisiya yatırılıb, bu isə 2007-ci ilin anoloji dövr göstəricisinə nisbətdə 32,5 faiz çoxdur.
Yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasının tikinti müəssisələri tərəfindən 27,9 mln. manatlıq iş görülüb, bu isə ötən ilkindən 22,5 faiz çoxdur.
Görülmüş işlərdən 18,4 mln. manat yeni tikili, yenidənqurma və bərpa, 7 mln. manatdan çox - əsaslı təmir, 1,7 mln. manat - cari təmir, 648,4 min manat - digər tikinti işlərinə sərf olunub.