...

Azərbaycanın sığorta şirkətləri dünya şirkətləri fonunda fəal inkişaf etməyə başlayıb – ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 May 2008 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may / Trend , U.İsmayılova/ Son zamanlar fəallaşan Azərbaycan bazarına xarici kapitalın cəlb edilməsi ölkə bazarının ümumi inkişafına təsir edir. Bu barədə cümə axşamı ekspert, "StarAlyans" sığorta şirkətinin meneceri Dövlət Səlimov bildirib.

"Azərbaycan sığorta şirkətləri həmçinin dünya sığorta şirkətləri fonunda da fəal inkişaf etməyə başlayıb", - deyə Səlimov bildirib.

Azərbaycanın sığorta bazarında "İnqosstrax", "Malakut" və təsisçisi Avropanın iri sığorta şirkəti "Allianz" olan ROSNO kimi iri sığorta şirkətlərinin nümayəndəlikləri fəaliyyət göstərir.

Bazarın fəal artımı şirkət yığımlarının səviyyəsi ilə də izah olunur. Son illər şirkətlərin yığımları 150 mln. manata çatıb. Qeyd olunmalıdır ki, 2006-cı il ərzində şirkətlər 88,33 mln. manat həcmində sığorta haqları toplayıb.

"Bütün bu göstəricilər bazarın səviyyəsinin və əhalinin sığortaya etibarının artmasının göstəriciləridir", - deyə Səlimov bildirib. Bazarın inkişafına həmçinin tədricən təkmilləşən qanunvericilik bazası da təsir göstərir.

Ekspertin sözlərinə görə, Azərbaycanın sığorta bazarı 1992-ci ildən müstəqil olaraq inkişaf etməyə başlayıb və o zaman "Sığorta fəaliyyətinə dair" ilk müstəqil qanun qəbul edilib. İkinci müstəqil qanun 1999-cü il 25 iyun tarixində qəbul olunub. Onun qüvvədə olduğu müddətdə Azərbaycan bazarı formalaşmağa başlayıb ki, bu da bazarın inkişafı üçün növbəti təkan olub.

Cari ilin 15 mart tarixindən Azərbaycanda qüvvədə olan "Sığorta fəaliyyəti haqqında" son qanun bazarın peşəkar inkişafına imkan yaradır. Səlimov bildirib ki, yeni qanun Avropa və dünyanın sığorta fəaliyyətinə müvafiqdir.

Məqalə müəllifi iləəlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti