...

Apreldə Bakıda tikinti materiallarının qiyməti 13 faizdən çox bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2008 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir U.İsmayılova/ Apreldə Bakıda tikinti materialları bazarında qiymətlər mart ayına nisbətdə 13,6 faiz artıb. Bu haqda "Əmlak bazarı iştirakçıları" İctimai Birliyindən bazar ertəsi məlumat verilib. İlin əvvəlindən tikinti materiallarına qiymətlər 15,3 faiz artıb.

Azərbaycanda istehsal olunan materialların payı 44 faiz təşkil edib.

Bir ay ərzində tikinti materiallarının 38 növü və 84 çeşidi üzrə monitorinq keçirilib. Belə ki, tikinti materiallarının 52 çeşidində qiymət artımı, 10 -da qiymətin düşməsi və 52 çeşidində qiymətlərin stabil qaldığı müşahidə olunub.

Təşkilatdan verilən məlumata görə, tikinti materialları üzrə qiymət artımı əsasən kərpic, sement, ağac, armatur, izolyasiya və digər materiallarda müşahidə olunub.

Təşkilatın keçirdiyi monitorinqin nəticələrinə əsasən, bahalaşma əsasən dünya bazarındakı qiymət artımı ilə bağlıdır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti