Azərbaycan, Bakı, 26 may / Trend , E.İsmayılov/ Aşağı Saksoniya (Almaniya) sahibkarları Azərbaycanla əsasən maşınqayırma sahəsində əməkdaşlıq etməkdə maraqlıdırlar. Bu haqda Aşağı Saksoniyanın nəqliyyat, əmək və energetika naziri Valter Hirhe Bakıda keçirilən Azərbaycan-alman iqtisadi forumunda bazar ertəsi bildirib.
"Sahibkarlar, xüsusilə minik avtomobilləri və mühüm kənd təsərrüfatı maşınlarının istehsalında maraqlıdırlar", - nazir deyib.
Alternativ enerji mənbələri sahəsi də alman tərəfinin marağına səbəb olub. Hirhe bildirib ki, gələn il Hannoverdə (Aşağı Saksoniya) Azərbaycan tərəfi ilə planlaşdırılmış sərgidə alternativ enerji mənbələrinin (külək və günəş enerjisi) mənimsənilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.
Onun sözlərinə görə, birgə əlverişli layihələr uğurlu reallaşdırılacağı təqdirdə, Azərbaycan sahibkarları da Almaniyada fəaliyyətə başlaya bilərlər.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]