...

Azərbaycanda dövlət büdcəsi hesabına sığorta olunan kənd təsarrüfatı bitkilərin siyahısı genişlənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2008 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend müxbir U.İsmayılova/ Azərbaycanın Kənd Təsarrüfatı Nazirliyi dövlət tərəfindən sığorta olunan kənd təsarrüfatı məhsullarının siyahısının genişləndirməsi üçün Nazirlər Kabinetinə müraciət edib. Bu haqda Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının emalı, istehsalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin rəhbəri Sabir Vəliyev bazar ertəsi bildirib.

Dövlət büdcəsi hesabına sığorta olunan kənd təsarrüfatı bitkilərin siyahısına əvvəllər buğda, arpa, qarğıdalı, günəbaxan, kartof, şəkər çuğunduru, göyərti daxil olunmuşdu. İndisə bu siyahı genişlənərək meyvə, düyü və paxlalı bitkilər daxil olunub.

2007-ci ilin yayında Azərbaycan kənd təsərrüfatının inkişafına yardım haqqında Qanuna edilmiş əlavələrə əsasən, kənd təsərrüfatında dövlətin sığorta haqlarının maliyyələşdirilməsi payı 25 faizdən 50 faizədək artırılıb.

"Azersığorta" Azərbaycan Dövlət Kommersiya Sığorta şirkətinin sədr müavini Aftandil Hacıyevin sözlərinə görə, əlverişsiz hava şəratindən və bu bitkilərin becərilməsi üzrə riskin artması səbəbindən belə bir qərar qəbul olunub.

"Nazirlər Kabineti bu növ bitkiləri sığortalamaq qərarını açıqladıqdan sonra, bu növün sığortası üçün lisenziyası olan bütün sığorta şirkətlərinin öhdəsinə veriləcək", - deyə Hacıyev bildirib.

Azərbaycanda kənd təsarrüfatı sığortasına orta illik tarif təxminən 1500 manat (bir hektarın gəlirliyindən beş faiz) təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti