...

Azərbaycanda ilk dəfə olaraq RE-INVEST Caspian sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2008 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyun/ Trend / Alman Texniki Yardım Cəmiyyətinin (GTZ) dəstəyi ilə və Almaniyanın Corporate Solution konsaltinq şirkəti ilə birgə Bakıda ilk dəfə olaraq RE-INVEST Caspian sərgisi keçiriləcək.

GTZ-nin verdiyi məlumata görə, iyunun 10-11-də keçiriləcək sərgi Xəzər və Qafqaz regionu üçün işlənmiş avadanlıqlar və maşınlar üzrə ixtisaslaşıb.

"Bu sərgi Azərbaycandan və Xəzər regionundan olan sahibkarlar üçün mühüm sahələr və ya məhsul qrupları üzrə işlənmiş avadanlıqların ixtisaslaşmış təklifçiləri ilə birbaşa əlaqələrin yaradılmasına imkanlar təklif edir", - GTZ-nin Özəl Sektorun İnkişafı Proqramının rəhbəri Mixael Gerlix hesab edir.

Sərgisi İqtisadi İnkişaf Nazirliyi, AZPROMO və Almaniyanın RESALE Karlsrue şirkəti tərəfindən dəstəklənir.

Sərgi qida məhsullarının emalı və qablaşdırılması, mebel istehsalı, plastik materialların emalı, tekstil və hazır geyim istehsalı, yük maşınları, kənd təsərrüfatı maşınları və istehsal avadanlıqları və s. bölmələrdən ibarət olacaq.

Sərgidə Almaniyadan 25-dək iştirakçının və təxminən 50-dək Azərbaycan şirkətinin iştirakı gözlənilir. Sərgidə Almaniya nümayəndə heyətini Corporate Solution konsaltinq şirkətinin direktoru Tomas Prays müşayiət edəcək.

Xəbər lenti

Xəbər lenti