...

Biznes coğrafiyasının genişlənməsi "MBA-Moskva"nın Sankt-Peterburq filialının əsas vəzifələrindən biridir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2008 12:01 (UTC +04:00)

Rusiya, Moskva, 11 iyun / Trend , müxbir R.Ağayev/ "MBA-Moskva" Rusiyanın şimal-qərb bölgəsində yerləşən Sankt-Peterburq filialının direktoru Fuad Qasımov bankın əsas vəzifələri qismində MBA qrupun biznes coğrafiyasının genişləndirilməsi, Azərbaycan və Rusiyanın qarşılıqlı ticari-iqtisadi münasibətlərinin inkişafı, Azərbaycandan gələn və regionda yaşayan insanlara xidmət, həmçinin ölkələr arasında hökumətlərarası müqavilələrin reallaşdırılması kimi məsələləri qeyd edib.

Qasımovun Trend ın xüsusi müxbirinə müsahibəsində verdiyi məlumata görə, Rusiyanın şimal-qərb bölgəsində belə bir bankın meydana gəlməsi Azərbaycan-Rusiya arasındakı iqtisadi münasibətləri simvolizə edən, ölkələr arasında dostluq və xoş qonşuluq əlaqələrinin açıq nümunəsi, həmçinin qarşılıqlı hörmət və paritet prinsiplərə əsaslanan yeni iqtisadi siyasətin elementidir.

"MBA-Moskva" Azərbaycan Beynəlxalq Bankının törəmə strukturu, Rusiya Federasiyası ərazisində 100 faizlik Azərbaycan kapitalı ilə fəaliyyət göstərən ilk və yeganə bankdır. Bank Azərbaycan hökumətinin dəstəyi ilə yaradılıb. "MBA-Moskva"nın fərdi təsisçisi respublikanın iri bankı olan Azərbaycan Beynəlxalq Bakıdır (ABB). Bu bank 1992-ci ildə SSRİ-nin Xarici İqtisadiyyat Bankının Azərbaycan Respublikası şöbəsinin bazasında təsis edilib və hazırda dövlətə məxsusdur. "MBA-Moskva" Rusiyada MDB-dən xarici kapitalın iştirak etdiyi ilk bank olub, bu gün isə bu,regional şəbəkə, geniş məhsul və xidmət spektrinə malik universal maliyyə institutudur.

Qasımovun sözlərinə görə, ən çox ehtiyac duyulan, o cümlədən həmvətənlər arasında tələb olunan bank xidmətlərindən biri pul köçürmələridir. Filial direktoru qeyd edib ki, Peterburqda yaşayan azərbaycanlılar sayına görə ikinci diaspor hesab olunur. Belə ki, burada onlar əhalinin təxminən 10 faizini təşkil edir.

"Biz bu insanların böyük qismini özümüzə cəlb edə bilmişik. Onlar Azərbaycana pullarını həmişə bizim vasitəmizlə köçürürlər", - deyə Qasımov bildirib.

Onun sözlərinə görə, 2006-cı il ilə müqayisədə 2007-ci ildə köçürmə üzrə artım 11 faiz təşkil edib. İl ərzində filial vasitəsilə 24 mln. dollardan çox köçürmə aparılıb, köçürmələrin sayı 16 min təşkil edib, bu məbləğin 90 faizi Azərbaycana köçürülüb.

"Bu, filial üçün olduqca ciddi göstəricidir, lakin bu, maksimum deyil. Bizimlə həmçinin digər diasporların nümayəndələri - taciklər və özbəklər də işləməyə başlayıblar. Bu, bizim tərəfimizdən təqdim olunan xidmətlərin - tariflər, sürət, bizimlə işin yüngül olması və digər səbəblərdən rəqabətli olması ilə əlaqədardır", - deyə filial direktoru bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti