Azərbaycan, Bakı, 12 iyun/ Trend , müxbir İ.Xəlilova/ Alman İnkişaf Bankı KfW Azərbaycanın Əhalinin Əmanətlərinin Sığortası Fonduna (ADİF) fondun kapitallaşması üçün 5 mln. avro kreditin ayrılması haqqında müqavilənin layihəsini təqdim edib. Bu barədə cümə axşamı ADİF-in icraçı direktoru Azad Cavadov məlumat verib.
Onun sözlərinə görə, növbəti həftə sənəd nəzərdən keçirilmək üçün hökumətə təqdim ediləcək. KfW razılaşdırmadan və səlahiyyətin alınmasından sonra imzalanacaq.
Fondun rəhbəri hesab edir ki, KfW-in vəsaitləri 2008-ci ilin sonunadək ADİF-in kapitalına daxil ediləcək. Bunun nəticəsində Fondun kapitallaşması 15 mln. manatadək artacaq.
Bundan əlavə, alman bankı ilə KfW-nin ADİF-ə məsləhət xidmətlərinin göstərilməsi üçün 1 mln. avro qrant ayırması haqqında müqvilə bağlanılacaq. Bankın Almaniyanın Global Banking Development Solution təşkilatından olan məsləhətçiləri artıq fondun institusional inkişafı üzrə üç illik fəaliyyət planı hazırlayıblar.
ADİF 2007-ci il avqustun 13-də fəaliyyətə başlayıb. Hazırda Azərbaycanda fəaliyyət göstərən 46 bankdan 37-i onun üzvüdür. 2008-ci ilin əvvəlindən o, maksimal sığorta edilən məbləği 6 min manatadək artırıb. 2010-cu il yanvarın 1-dən isə bu məbləğ 8 min manatadək artırılacaq. Sığorta haqqında qanuna əsasən, 2008-ci il yanvarın 1-dək 4 min manat məbləğinə qədər vəsaitlər Fond tərəfindən sığorta edilib.
İyunun 12-də olan cari məzənnə - 0,8184 AZN/USD
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: cap