...

Azərbaycanın "Garant Sigorta" şirkəti hüquqi formasını dəyişir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2008 19:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun / Trend / "Garant Sigorta" MMC yaxın gələcəkdə təşkilati-hüquqi formasını dəyişmək və Açıq tipli Səhmdar Cəmiyyət (ASC) olmaq niyyətindədir. Bu barədə şirkətin cümə günü yayılan məlumatında bildirilir.

"Garant Sigorta" şirkəti idarə heyətinin sədri Vaqif Həsənovun sözlərinə görə, şirkət yeni hüquqi forma ilə daha geniş aspektdə fəaliyyət göstərmək və biznes sahəsini genişləndirmək niyyətindədir.

Ötən ilin noyabrında təsis edilən şirkət Azərbaycanın sığorta bazarında korporativ sosial məsuliyyət mədəniyyətini tətbiq edən ilk şirkətlərdən biridir.

"Garant Sigorta" Azərbaycan mədəniyyəti, idmanı, təhsili, iqtisadiyıyatının inkişafına, həmçinin, az təminatlı təbəqənin vəziyyətinin yaxşılaşdırılmasına istiqamətlənən layihələr həyata keçirir.

Xəbər lenti

Xəbər lenti