...

"OMV" "Cənub axını"nın xeyrinə "Nabukko"dan imtina etməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2008 10:44 (UTC +04:00)
"OMV" "Cənub axını"nın xeyrinə "Nabukko"dan imtina etməyəcək

Azərbaycan, Bakı, 13 iyun / Trend , müxbir A.Bədəlova/ Avstriyanın "Cənub axını" qaz kəmərinin tikintisi üzrə layihəyə qoşulması Avstriyanın "OMV" şirkətinin operatoru olduğu "Nabukko" layihəsinin gələcək inkişafına təsir göstərmir.

İyunun əvvəlində keçirilən Peterburq İqtisadiyyat Forumu çərçivəsində, Rusiya və Avstriya sonuncunun "Cənub axını" qaz kəmərinə qoşulmasına dair hökumətlərarası müqavilənin imzalanması barədə razılıq əldə edib. Bu layihənin təşəbbüsçüsü qismində Rusiyanın qaz inhisarçısı "Qazprom" və İtaliyanın "ENI" şirkəti çıxış edir. "Qazprom" idarə heyətinin sədr müavini Aleksandr Medvedyevin sözlərinə görə, saziş OMV şirkətinin Avstriya tərəfdən koordinator təyin edilməsinin nəzərdə tutacaq. Avstriya Qazprom ilə gələcək BM-in səhmdar kapitalının strukturunu müəyyən edəcək. BM qazın Baumqartenədək nəqli ilə məşğul olacaq.

" "Nabukko" layihəsi Avropa üçün bir nömrəli prioritetdir. "OMV" bu layihəni 100 faiz dəstəkləyir. Lakin Avstriyanın "Cənub axını" ilə bağlı apardığı danışıqlar "Nabukko" layihəsinə heç bir halda təsir göstərmir", - deyə cümə günü Trend a "OMV" şirkətində beynəlxalq layihələr və "Nabukko" üzrə nümayəndə Kristian Dolezal (Christian Dolezal) bildirib.

Dolezal Avstriya ilə Rusiya arasında "Cənub axını" üzrə birgə işə dair hökumətlərarası müqavilənin konkret imzalanma müddətini açıqlamaqda çətinlik çəkib.

Dolezalın sözlərinə görə, Avropanın qaz bazarına boru kəmərinin tikintisi üzrə bir neçə layihə lazımdır. "Gələcəkdə hazırda daxili hasilatın aşağı düşdüyü Avropada qaza olan təlabat artacaq. Məhz buna görə, qaz bazarı qaz nəqli infrastrukturunda iri sərmayələrə ehtiyac duyur", - deyə o bildirib.

İtaliyanın "Edison" qaz şirkətinin proqnozlarına görə, 2013-cü ilədək Avropada qaza təlabat 12-14 faiz artaraq, 638 mlrd. kubmetrə çatacaq. 2020-ci ilədək isə Avropada qaza təlabat 720 mlrd. kubmetrə qədər artacaq. Avropanın qaz idxalından asılılığı 2020-ci ilədək 68 faizə qədər artacaq.

12,4 mlrd. dollar dəyərində olan "Nabukko" qaz kəməri ilə2013-cü ildən Azərbaycan və Mərkəzi Asiyadan qazın Avropa İttifaqı ölkələrinə tədarük olunması nəzərdə tutulub. Avstriyanın "OMV", Macarıstanın "MOL", Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botas" və Almaniyanın "RWE" şirkətləri layihənin iştirakçılarıdır. İştirakçıların hər biri 16,67 faizilk barəbar paya malikdir.

Dolezalın sözlərinə görə, "Cənub axını" və "Nabukko" raqabətli layihələr deyil. "Biz də Avropanın qaz bazarı kimi "Cənub axını"nın Baumqartendə "OMV" qaz qovşağından keçməsində maraqlıyıq", - deyə Dolezal bildirib.

"Cənub axını" qaz kəməri 2013-cü ildən təbii qazın, Qara dəniz akvatoriyasından keçməklə, Rusiyadan Balkanlara və digər Avropa ölkələrinə tranziti və tədarükü üçün nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: Capital

Xəbər lenti

Xəbər lenti