...

Azərbaycanda taxıl yığımı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2008 20:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun / Trend , müxbir S.Babayeva/ İyunun 1-nə ölkədə taxıl istehsalı 13,1 min ton, əkin sahələri isə, 6,4 min ha təşkil edib. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib. Məhsuldarlıq hər hektara görə 20,5 sentener təşkil edib.

Ötən ilin bu dövrü ərzində ölkədə taxıl yığımı 98 ha. sahə üzrə 193 ton təşkil edib.

"Bu il məhsul ötən ildəkindən tez yetişib", - deyə Komitədən bildriblər.

Bu dövr ərzində kartof istehsalı 63,7 min ton (+4,4 faiz), tərəvəz 71,9 min ton (+3,5 faiz) təşkil edib.

Beş ay ərzində ölkədə, müvafiq olaraq, 1,7, 2,2 və 6 faiz artımla, ət istehsalı 118,1 min tona, süd istehsalı 559,2 min tona, yumurta 407,7 mln. ədədə çatıb.

Xəbər lenti

Xəbər lenti