...

Azərbaycanın qadın sahibkarları biznesdə aparıcı mövqelərə çıxırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 İyul 2008 17:40 (UTC +04:00)
Azərbaycanın qadın sahibkarları biznesdə aparıcı mövqelərə çıxırlar

Azərbaycan, Bakı, 17 iyul/ Trend / Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsinə keçməsi və sosial həyatın bir çox sahələrində irəliləyiş qadınların biznes sahəsində fəallaşmasına gətirib, zərif cinsin nümayəndələrinin sahib olduqları müəssisələrin sayı artıb.

1996-cı ildən Azərbaycanda qadınların rəhbər olduqları qeydiyyatdan keçmiş özəl müəssisələrin sayı yeddi faizdən 15 faizədək artıb. Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkədə qadınların sayı kişilərin sayını təqribən 1,5 faiz ötür və 4,3 mln. nəfər təşkil edir.

Lakin sevindirici statistikaya baxmayaraq, Azərbaycanda "biznes-ledi"nin vəziyyəti dünya səviyyəsindən uzaqdır. Qərb ölkələrində qadın biznesdə kifayət qədər ənənəvi fiqur kimi qəbul olunur. Bir sıra inkişaf etmiş ölkələrdə qadınların başçılıq etdiyi müəssisələr ÜDM-in 60 faizinədək hissəsini təşkil edir. Almaniya və ABŞ - da bu səviyyə 52 faizə, Yaponiyada - 55 faizə, İtaliyada 60 faizə çatır.

Müəssisənin idarə edilməsində daha demokratik olan, işdə konsensus yanaşmanı üstün tutan qadınlar kişilərə nisbətən son qərarın qəbul edilməsinədək araşdırmalara və müxtəlif variantların öyrənilməsinə daha çox vaxt sərf edirlər. Bu keyfiyyətlər şəxsiyyətdən daha az asılı və birgə qrup işinə ehtiyacı olan yeni biznes modelinin inkişafında əhəmiyyət kəsb edir. Lakin əldə edilən uğurlara baxmayaraq, qadınların sahibkarlıq fəaliyyətinə maneələr mövcuddur. Zəif cins həm bizneslərinin təşəkkül tapma, həm də genişlənmə mərhələsində maliyyə ehtiyatları, işgüzar əlaqələr sistemi və bazarlarra çıxış almaqda çətinliklərlə üzləşir.

"Şübhəsiz, biznesdə kişilərə nisbətən qadınlara çətindir", - 2006 - cı ilin dekabrından PRP Group-da Azərbaycan nümayəndəliyinə başçılıq edən Tatyana Mikayılova hesab edir. Mikayılova Azərbaycanın İctimaiyyətlə Əlaqələr üzrə Assosiasiyasının (APREA) təsisçilərindən biridir.

Bu, ilk növbədə, onunla əlaqədardır ki, qadın rəhbərlərin ana və həyat yoldaşı rolunu heç kim ləğv etməyib. "Qadın seçimlə üzləşir -peşəkar  yüksəliş və ya özünü tamamilə ailəsinə həsr etmək. İstənilən biznes özünü ona qurban verməyi tələb edir və vaxtın böyük hissəsini alır. Uşağa qayğı - onu kimə tapşırmaq kimi məsələlər yaranır", - Mikayılova söyləyib. Onun rəyinə görə, bu qadınları təkcə Azərbaycanda peşəkar yüksəlişdən saxlamır.

Biznes kifayət qədər sərt oyundur. Qadınlar bəzən kişilərlə eyni peşəkar hədəfə çatmaq üçün daha çox işləməli olurlar. Tarixən qadının kişi ilə eyni peşəkar pilləyə ayaq basa biləcəyinə şübhə olub.

"Hər birimiz qadın məntiqinə dair məşhur zarafatlarla tanışıq. Bəzən belə halla qarşılaşmalı oluruq ki, əvvəlcə müdiriyyətə, tərəfdaşlara, müştərilərə, bəzən isə, tabeliyində olanlara qeyri-adi ağıl imkanlarına malik olduğunu sübut etməyə vaxt sərf olunur. Mən yalnız qadın apriorinin kişidən yuxarıda dayanmalı olmadığı üçün qadınların rəhbərliyi altında işləməkdən imtina edən kişilərlə qarşılaşmalı olmuşam", -  PRP Grou-un Baş direktoru bildirib.

Mikayılovanın rəyinə görə, çox şey bilavasitə qadının özündən və onun öz bilik və ekspertizasını təqdim etmək bacarığından asılıdır. "Qadın bir saniyə də olsun əldən düşməməlidir. Mən bir çox hallarda biznesdə uğuru bununla əlaqələndirirəm. Belə ki, daim diqqət mərkəzində olaraq, onlar ən cüzi detala etinasız yanaşmırlar", - o hesab edir.

Azərbaycanda qadın sahibkarların vəziyyəti Yaxın Şərq, Şimali Afrika ölkələri ilə müqayisədə çox yaxşıdır. Şəriət normalarına müvafiq olaraq, qadınlara geniş iqtisadi hüquqlar verilsə də, digər qanunlar onların gender rolunu təsbit edir, onları ailəni əsas dolandıran hesab etməyə göstəriş verir. Nəticə - həddən artıq məhdudlaşdırıcı qanunlar və ya bu qanunların gender fərqi baxımından izah edilməsi.

Nümunə kimi, Əmək Məcəlləsinə müəyyən saatlarda işləməyi qadağan edən Əsasnamələr və ya qadının yalnız ərinin icazəsi ilə işləyə bilməsinə dair əsasnamələr daxildir. Yəmən, Misir, Küveyt, Livan və İranda Əmək Məcəllələrinin Əsasnamələri qadınlara axşam və ya gecə saatlarında işləməyi qadağan edir. Əksər ölkələrdə ezamiyyətə getmək və ya pasport almaq üçün - biznesin aparılması üçün çox zəruri olan məsələlərdə qadın öz ərindən hüquqi baxımdan rəsmiləşdirilmiş xüsusi icazə almalıdır.

Bu ölkələrin hökumətlərindən bir sıra istiqamətlər üzrə qadın sahibkarlığının daha fəal dəstəklənməsini tələb edən vaxt çatıb. Bu, ilk növbədə, qadın sahibkarların maliyyə ehtiyatları, dövlət sifarişləri,  aralıq materiallar və xammal, bazar məlumatı, və nəhayət, müasir texnologiyalara çıxışna toxunur. Bu dəstək yalnız son illərdə nəzərə arpacaq dərəcədə asimmetrik olan gender balansının bərabərləşdirilməsi üçün deyil, həm də qadınların başçılıq etdiyi müəssisələrin texniki səviyyəsi və rəqabətqabiliyyətliliyinin artırılması üçün zəruridir.

Leyla Abdullayeva, Trend Analitik Mərkəzinin əməkdaşı

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti