...

Azərbaycanda orta əmək haqqı və pensiyalar artırılacaq - prezident İlham Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2008 14:31 (UTC +04:00)
Azərbaycanda orta əmək haqqı və pensiyalar artırılacaq - prezident İlham Əliyev

Azərbaycan, Bakı, 02 avqust/ Trend , müxbir A.Əliyev/ Yaxın vaxtlarda Azərbaycanda orta əmək haqqı və minimal pensiyalar artırılacaq. Bu barədə şənbə günü hakim Yeni Azərbaycan  Partiyasının (YAP) IV qurultayında prezident İlham Əliyev deyib.

Hazırda minimal pensiya və əmək haqqı 60 manat təşkil edir.

"Bizim əsas prioritetimiz Azərbaycan vətəndaşlarının yaxşı yaşamasıdır", - dövlət başçısı bildirib.

İlham Əliyev deyib ki, Azərbaycanın iqtisadiyyatı yüksək templə inkişaf etməkdə davam edir. Prezidentin sözlərinə görə, altı ay ərzində ölkə iqtisadiyyatında özəl sektorun tutduğu yer 84 faizə çatıb.

Xəbər lenti

Xəbər lenti