Azərbaycan, Bakı, 02 sentyabr/ Trend Cap , müxbir İ.Xəlilova/ "2008 - ci il ərzində AZAL QSC şəxsi vəsaitləri hesabına $40 mln.- dək borcunu ödəyib", - AZAL-ın rəhbəri Cahangr Əsgərov çərşənbə axşamı bildirib.
Onun sözlərinə görə, Boeing, ATR markalı təyyarələrin, aerobusların əldə edilməsi üçün xarici banklardan götürülən kreditlər üzrə ödəniş həyata keçirilib. ATR təyyarələri ölkə daxilində və qonşu dövlətlərə regional uçuşlar üçün nəzərdə tutulub.
"Son vaxtlarda aviaşirkət altı ATR təyyarəsi, səkkiz Boeing markalı hava gəmisi alıb, - Əsgərov bildirib. - İlin sonunadək bağlanmış bütün müqavilələr üzrə daha $15 mln. ödəmək planlaşdırılır".
AZAL QSC beş il ərzində mülki aviasiya parkının yenilənməsini davam etdirəcək. Bu gün o, 80 faiz yenilənib. İmzalanmış sazişə əsasən, 2013 - cü ilədək sifariş edilmiş Boeing təyyarələrinin bütün partiyası Azərbaycana gətiriləcək (İlkin olaraq, altı Boeing sifariş edilsə də, onların sayı səkkizədək artıb). Bundan əlavə, parkın yenilənməsi Rusiya istehsalı olan köhnə təyyarələrin istismardan çıxarılmasını nəzərdə tutur. Belə təyyarələrdən hazırda altısı qalıb.
Köhnə sovet təyyarələrinin yenilənməsi və Rusiya texnikasından imtinanın əsas məqsədi saxta ehtiyat hissələri bazarının olması, istehsalçı aviasiya zavodlarına belə hissələrin tədarüküdür ki, bu da fəlakətlərlə nəticələnir. Qiymət siyasəti və məhsulun keyfiyyətində qeyri - sabitliklə əlaqədar, Azərbaycanın mülki aviasiyası Rusiya texnikasından tamamilə uzaqlaşmaq yolunu seçib.
Sentyabrın 2-nə olan cari mübadilə məzənnəsi -- 0,8144 AZN/USD.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]