...

Özbəkistanda benzinin qiyməti artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Sentyabr 2008 20:29 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 15 sentyabr/ Trend , müxbir T.Jukov/Özbəkistanda aşağı növlü Aİ-80 və Aİ-91 benzinlərinin qiyməti 20 faizdən çox artıb, - Trend -ın Daşkənddəki xüsusi müxbiri xəbər verir.

"Aİ-80 markalı benzinin qiyməti 185 sum, Aİ-91-in qiyməti 205 sum artıb", - "Uzneftmaxsulot" (Özbəkneftməhsul) səhmdar şirkətindən Trend -a bildiriblər. Hazırda Aİ-80 markalı benzinin bir litrinin qiyməti 1020 sum (təxminən $0,75), Aİ-91-in qiyməti i 1130 sumdur (təxminən $0,85). Qiymətlər artırılanadək Aİ-80-in qiyməti 835, Aİ-91-in isə 925 sum olub. Elit yanacaqdoldurma məntəqələrində Premium Euro-95 markalı benzinin qiyməti 2050 sumdan 2100 sumadək (təxminən $1,54), Super Euro-98-in qiyməti isə 2150 sumdan 2200 sumadək (təxminən $1,56) artıb.

Özbəkistanda benzinin qiyməti sonuncu dəfə iyulun 1- də artıb: artım cüzi olub və 10 -15 sum təşkil edib. Bunadək martda bahalaşma olub. İctimai nəqliyyatda gediş haqqı hələ ki dəyişməz qalıb. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, "Özbəkneftqaz" milli holdinq şirkəti 2008 - ci ilin birinci yarımilin yekunları üzrə maye karbohidrogenlərin hasilatını azaldıb. "2008 - ci ilin yanvar-iyununda holdinqin bölmələri 2,147 mln. ton maye karbohidrogen (neft, qaz kondensatı) hasil ediblər ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,1 faiz azdır", - respublikanın Dövlət Statistika Komitəsindən Trend -a bildiriblər.

Qaz kondensatı istehsalı 20,4 faiz - 1,096 mln. tonadək artıb, neft hasilatı isə 19,3 faiz - 1,321 mln. tonadək azalıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti