...

Azərbaycanın özəl bankı ilk dəfə ipoteka üçün xarici kredit cəlb edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Sentyabr 2008 03:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr/ Trend müxbir N.İsmayılova/ Azərbaycanın Mugan Bank-ı 2008-ci ilin sonunadək xarici kreditlər portfelini $25 mln.-dək genişləndirməyi planlaşdırır, bankın İdarə Heyətinin sədri Şaiq Ələkbərov cümə günü bildirib. Bu gün portfel Avropa Yenidənqurma və İnkişaf Bankının kredit xətləri hesabına $13 mln. həcmində formalaşıb.

Ələkbərovun sözlərinə görə, kiçik və orta sahibkarlığın inkişafına, ticarət maliyyələşdirilməsi və ipoteka kreditləşməsinə əlavə kredit ehtiyatları cəlb etmək planlaşdırılır.

Hazırda bank Qara dəniz Ticarət və İnkişaf Bankı (QTİB), Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və Avropanın bir maliyyə qurumu ilə danışıqlar aparır. QTİB ilə ticarət maliyyələşdirilməsi, BMK və Avropa təşkilatı ilə ipoteka kreditləşməsi üzrə danışıqlar aparılır.

Mugan Bank Azərbaycanda ipotekanın inkişafına kreditin alınması məqsədilə Housing Finance proqramında iştirak üçün BMK-ya müraciət edib. Bu Mugan Bank üçün ilk xarici kredit və şəxsi ipoteka proqramının realizəsinin başlanğıcı ola bilər.

Bu gün bankın ipoteka portfeli 2,8 mln. manata bərabərdir. Bu vəsait Milli Bankın yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun xətti ilə alınıb. Ələkbərovun sözlərinə görə, cəlb edilmiş vəsaitlər hesabına ipoteka kreditləri kommersiya şərtləri əsasında veriləcək. Lakin bu kreditlər üzrə faiz dərəcələri biznes-kreditlər üzrə faiz dərəcələrini ötməyəcək. Bankın rəhbəri hesab edir ki, ipoteka kreditləri orta hesabla illik 12 faiz dərəcəsi ilə 10-15 il müddətinə veriləcək.

Sentyabrın 19-na olan cari mübadilə məzənnəsi -- 0,8133 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti