...

Ernst & Young AzDİU - nun tələbələri üçün mühasibat uçotunun aralıq kursunun üçüncü mərhələsinə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Sentyabr 2008 20:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr/ Trend / Ernst & Young şirkətinin Bakı ofisi və Azərbaycan Dövlət İqtisad Universiteti mühasibat uçotu üzrə aralıq kursun üçüncü ilinə başlayıblar, - şirkətin bazar ertəsi yayılan məlumatında bildirilir.

Dünyada aparıcı peşəkar xidmətlər şirkəti olan Ernst & Young və Azərbaycan Dövlət İqtisad Universiteti ilə birgə  yeni təhsil proqramı üzrə əməkdaşlığı davam etdirirlər. Şirkət ABŞ Ticarət Palatasının maliyyə dəstəyi ilə 2006 - cı ildə Universitetin Xüsusi İstedadlar Qrupunun 4 - cü kurs tələbələrinə mühasibat uçotu üzrə aralıq kurs təşkil edib.

Ötən həftə kursun üçüncü ili başlayıb. Ernst & Young nümayəndələri, o cümlədən kursun müəllimi Söhrab Fərhadov, Baş menecer Turqay Teymurov, menecer Rişad Dadaşov, sentyabrın 19 - da tələbələrə giriş dərsi keçiblər. Bu proqramın məqsədi tələbələri texniki baxımdan mürəkkəb mühasibat uçotu konsepsiyalarının, standartların müəyyən edilməsi, yeni qlobal mühasibat uçotu standartlarına keçid və müstəqil audit prosesi üzrə təlimləndirməkdir.

AzDİU-nun rektoru Şəmsəddin Hacıyev təşəbbüsü dəstəkləyib və bazarda yüksək tələbat olan peşəkar biliklərin gənclərə öyrədilməsi üçün daha çox tədbirlərin keçirilməsinə ümid etdiyini bildirib, Ernst & Young şirkəti ilə əməkdaşlıq edərək daha çox proqramlar işləyib hazırlamağı tövsiyə edib. Ernst & Young şirkətinin Bakıdakı idarəedici tərəfdaşı İlqar Vəliyev, bu proqramı şirkət tərəfindən öz sosial məsuliyyətinin tanınması kimi qiymətləndirir. Ofis bu proqramı yaxın gələcəkdə ictimaiyyət üçün geniş miqyaslı təhsil proqramlarının tətbiqi yolunda ilk addım hesab edir.

Azərbaycanın 2008 - ci ildən Beynəlxalq Maliyyə Hesabatları Standartlarına planlaşdırılan keçidi əsnasında bu tələbatın rolunu qiymətləndirməmək çətindir. Bütün kommersiya müəssisələrinin, hökumət və qeyri - kommersiya sektorunun bu keçidi uğurla reallaşdıra biləcək yüksək ixtisaslı mühasiblərə ehtiyacı olacaqdır.

Azərbaycan Dövlət İqtisad Universiteti ölkədə biznes və iqtisadi təhsil sahəsində liderdir. Universitet həm ölkə daxilindən, həm də xaricdən olan istedadlı tələbələri cəlb etməklə, Azərbaycan, rus və ingilis dillərində təhsil təklif edir. Universitetin rəhbərliyi gənc mühasiblər nəslinə müasir qlobal mühasibat uçotu standartlarının öyrədilməsini dəstəkləyir və Ernst & Young və ABŞ Ticarət Palatası ilə daha sıx əməkdaşlığı salamlayır.

Ernst & Young, peşəkar xidmətlərin göstərilməsində qlobal lider olaraq, maliyyə hesabatlarının keyfiyyətini təkmilləşdirmək üçün səylərini əsirgəmir. 140 ölkədə 133,000 işçi audit, mühasibat uçotu, vergi məsələləri və iqtisadi əməliyyatlar sahələrində təməl biliklərə əsaslanaraq, mürəkkəb xidmətlərin göstərilməsində ən yüksək səviyyədə dürüstlük, keyfiyyət və peşəkarlığa sadiq qalırlar. Ernst & Young bütün MDB - də on üç ofisdə çalışan 3000 əməkdaşı vasitəsilə xidmətlər təklif edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti