...

ABŞ-ın maliyyə sisteminin zəifləməsinə səbəb - korporativ idarəçiliyə diqqətsiz yanaşmadır – Qərb eksperti

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2008 10:10 (UTC +04:00)
ABŞ-ın maliyyə sisteminin zəifləməsinə səbəb - korporativ idarəçiliyə diqqətsiz yanaşmadır – Qərb eksperti

Azərbaycan, Bakı, 24 sentyabr/ Trend , müxbir A.Bədəlova/ Aİ - Ukrayna Biznes Şurasının təsisçi direktoru Ceyms Uilson hesab edir ki, ABŞ-ın maliyyə sisteminin zəifləməsinə səbəb, onun səmərəli korporativ idarəçiliyə kifayət qədər diqqət göstərməməsidir.

Ötən həftə Amerikanın maliyyə sistemi üçün mənfi xəbərlərlə yadda qalıb. "Lehman Brothers" şirkətinin iflasa uğraması, "Merrill Lynch"in "Bank of America" ilə birləşməsi, hələ ki davam gətirən "Morgan Stanley"nin birləşmə üçün iddiaçı axtarmasına dair xəbərlər dünyanın bir sıra aparıcı ölkə hökumətlərini və onların mərkəzi banklarını bütün dünya maliyyə sisteminin məruz qaldığı böhranla mübarizə üzrə tədbirlər görməyə vadar edib.

"Risklərin idarə olunması da daxil olmaqla səmərəli idarəetmə standartları üzrə təsis sisteminə malik olan şirkətlər iflasa uğramayacaq və cari nizamsızlıq şəraitində daha güclü olacaqlar", - çərşənbə günü Trend -a elektron poçt ilə Uilson bildirib.

Onun fikrincə, şirkətlərə qarşı idarəetmə standartlarına ciddi riayət olunması üzrə proqramın saxlanmasına dair tələblər irəli sürüləcək.

"Sərmayəçilər gələcəkdə şirkətlər tərəfindən bu tələblərin yerinə yetirilməsi üzrə yoxlamalara daha diqqətlə yanaşacaqlar", - deyə Uilson bildirib.

O hesab edir ki, bu proses dövlət tərəfindən deyil, investor və fond birjaları tərəfindən idarə olunacaq.

Onun fikrincə, bütün biznes-sektorlar yaranmış vəziyyətdə müdafiəsizdir və risklərə meyllidir.

"Birincisi, dünyada biznesə olan etibar itib və bu da paralel olaraq bütün sektorların vəziyyətinə təsir göstərir. İkincisi, bundan sonra borcların zənginləşdirilməsinə kapital yatırmaq çətin olacaq ki, bu da şirkətlərin sürətli artım imkanlarına təsir göstərir", - deyə Uilson bildirib.

Aİ-Ukrayna Biznes Şurası Avropanın iri şirkətləri üçün rəhbərlər səviyyəsində keçirilən müstəqil forumdur. Şura Aİ və Ukrayna arasında ticarət və investisiya fəaliyyətinin yaxşılaşdırılması, kommersiya imkanlarının genşiləndirilməsində şirkətlərə yardım, həmçinin Ukrayna biznesinin Aİ-də, Aİ biznesinin isə Ukraynada qarşılaşdığı əngəllər və bazarlara gedən yolda olan maneələrin aradan qaldırılması məqsədilə hökumət və biznes arasında dialoqun irəliləməsinə yardımın göstərilməsi üçün mənfəətsiz təşkilat kimi təsis edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - Capital

Xəbər lenti

Xəbər lenti