...

Nikolya Sarkozi Fransanın maliyyə sisteminin təhlükəsizliyini təmin edəcəyinə vəd verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2008 10:54 (UTC +04:00)
Nikolya Sarkozi Fransanın maliyyə sisteminin təhlükəsizliyini təmin edəcəyinə vəd verib

Fransa prezidenti Nikolya Sarkozi cümə axşamı bildirib ki, dövlət Fransada bank və maliyyə sisteminin işinin "təhlükəsizlik və müntəzəmliyini" təmin edəcək. Bu barədə "Frans Press" agentliyi xəbər verir.

Sarkozi Tulanda dünya iqtisadi böhranının nəticələrinə həsr olunmuş nitqində böhranın Fransaya təsirinin azaldılması üçün tədbirlər görəcəyinə vəd verib.

O xüsusilə, Fransanın maliyyə müəssisələrinin top menecer və treyderlərinə verilən mükafatların məbləğini qanunvericilik yolu ilə məhdudlaşdırmağa hazırlaşdığını bildirib. "Xeyli sayda sui - istifadə və qalmaqallar baş verib (yüksək qonorarlarla əlaqədar)", - deyə Sarkozi qeyd edib. Maliyyə böhranı barədə danışan Fransa prezidenti bundan əlavə bildirib ki, dünyanın bütün maliyyə sistemini "yuxarıdan aşağıyadək" yenidən qurmaq lazımdır.

Xəbər lenti

Xəbər lenti