...

Azərbaycanda aqrar risklərin sığortalanması dövlət orqanlarının səylərini tələb edir (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2008 16:26 (UTC +04:00)
Azərbaycanda aqrar risklərin sığortalanması dövlət orqanlarının səylərini tələb edir (video)

Azərbaycan, Bakı, 26 sentyabr / Trend /

Leyla Abdullayeva, Trend - ın Analitik Mərkəzinin eksperti

Azərbaycanın aqrar sektoru milli iqtisadiyyatda öz mövqeyni itirib - pambıqçılıq, çayçılıq, tütünçülük və üzümçülük üzrə texniki bitkilərin yığımı kəskin şəkildə azalıb. İqtisadiyyatın aqrar sahəsinin yüksək asılılığını nəzərə almaqla, kənd təsərrüfatı istehsalatının sığortalanmaya ehtiyacı birinci plana daxildir. Azərbaycanın kənd təsərrüfatı sahəsində sığorta az inkişaf edib, sığortanın ümumi portfelində onun payı bir faizdən azdır.

Əmlak maraqlarının maliyyə cəhətdən müdafiəsi kənd təsərrüfatı istehsalçılarının başlıca problemlərindəndir. Məsələn, ilin əvvəlində Azərbaycanda təbii kataklizmlər kənd təsərrüfatı sektorunda sığortanın inkişaf etdirilməsinin vacibliyini üzə çıxardı .

2008 - ci ildə qışın sərt keçməsi nəticəsində, ölkənin Astara rayonunun bağlarında subtropik ağacların 90 faizi məhv olub. Təbiətin gücünü qabaqcadan proqnozlaşdırmaq olmur, bunun üçün də, kənd təsərrüfatında risklərin idarə edilməsi üzrə səmərəli alət kimi çıxış edən, təbii fəlakətlərdən asılı olmayaraq, təsərrüfat subyektlərinin istehsal fəaliyyətini stabil şəraitlə təmin etməyə imkan verən sığorta mövcuddur.

Dünyada kənd təsərrüfatı istehsalı üzrə risklərin sığortalanması kənd təsərrüfatı istehsalçılarının maliyyə - kredit təminatı sisteminin mühüm elementlərindən biridir. Dünya dövlətlərinin dəstəklədiyi, dövlət və digər iştirakçılar arasında qarşılıqlı əlaqələrin xarakteri, malliyyə sistemi və onun təqdim etdiyi zəmanətlərin idarə olunmasında dövlətin iştirakının dərəcəsi baxımından bir - birindən fərqlənən kənd təsərrüfatının sığorta sistemləri mövcuddur.

Məsələn, Yunanıstanda sığorta sistemi əsasən dövlətə məxsusdur. Dövlət sığorta şirkəti vasitəsilə sığorta haqlarını toplayır, proqramın fəaliyyətinə nəzarət edir və ziyanın ödənilməsini təmin edir. Kommersiya sığorta şirkətləri dövlət sistemində təminata malik olmayan bitkilərin sığortalanması ilə məşğul olur.

İspaniya və Portuqaliyada dövlət və özəl sektorun sıx əməkdaşlığına əsaslanan sistem səmərəli fəaliyyət göstərir. Bu sistemdə dövlət əsas rol oynayır, sığorta haqları və təkrar sığortanın subsidiyalaşdırılmasını təmin edir. Burada sığorta sənayesi sığorta proqramına nəzarət etmək və risklərin bir hissəsinin ödənməsini təmin etməklə sistemə inteqrallanıb.

İtaliya, Fransa, Avstriya və Almaniyada kənd təsərrüfatı risklərinin özəl sığortalanması üstünlük təşkil edir.

Lakin hər bir ölkənin sığorta haqlarının subsidiyalaşdrılması üzrə öz sistemi var. Əgər Almaniyada heç bir subsidiya təqdim olunmursa, İtaliyada belə subsidiyaların məbləği olduqca əhəmiyyətlidir.

Lakin kənd təsərrüfatı üzrə hər bir sığorta sistemində bir xüsusiyyət var - onun yüksək dəyəri. İqlim risklərini nəzərə almaqla, sığorta şirkəti uduzmamaq üçün, digər sahələrdən fərqli olaraq, aqrar sektorda daha yüksək tariflər müəyyən etməyə məcbur olur.

Yalnız dövlətin real dəstəyi şəraitində, bu sahədə sponsorlar və təkliflər arasında bərabərliyə nail olmaq və bütün ölkə üzrə istehsalçılara real zəmanət vermək iqtidarında olan kənd təsərrüfatı üzrə sığorta sisteminin yaradılmasından danışmaq olar.

Dövlət təkcə sığortanın zəruriliyini fermerlərə izah etməklə deyil, həm də istehsalçının sığorta ödəmələrinin bir hissəsini öz üzərinə götürməklə, fermerləri sığortaya sövq etməlidir.

Azərbaycanda aqrar sektorun inkişafı, ölkənin neft sektoruna ciddi alternativ olaraq, milli iqtisadiyyatın prioritet istiqamətlərindən biri ola bilər. Bunun üçün fermerlərə dəstək lazımdır. Dövlət dəfələrlə aqrar sektora maliyyə yardımı göstərib və ölkə prezidenti tərəfindən təsdiq edilən və kənd təsərrüfatında sığorta üzrə tədbirləri nəzərdə tutan "2008 -2015 - ci illərdə Azərbaycan əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı üzrə Dövlət Proqramı" ölkədə aqrar sektorun inkişafında yeni mərhələ ola bilər.

Təsdiq edilən tədbirlər kənd təsərrüfatı istehsalında müasir sığortanın təsdiqi, maliyyələşdirilən kənd təsərrüfatı mülkləri üçün risklər siyahısının təkmilləşdirilməsini nəzərdə tutur.

Bu sistemin gələcəkdə necə fəaliyyət göstərəcəyi barədə danışmaq hələ tezdir, lakin digər ölkələrin təcrübəsi göstərir ki, sistemin formalaşdırılması üçün ən azı beş il gözləmək lazımdır.

Adətən, aqrar sığorta sistemi üzrə əsas tərəflərin (Dövlət, sığorta şirkətləri və istehsalçılar) rolunu qeyd edən və sistemin vəzifələrini müəyyən edən əsas Konse psiya hazırlanır, daha sonra əlavələr edilir. Aqrar sığorta sisteminin tətbiqi prosesində tez - tez səhvlər və ya müəyyən problemlər ortaya çıxır. Bu, hər bir ölkə üçün xarakterikdir və buna görə də, aqrar sığorta haqqında Qanuna dəyişiklik etmədən, sistemin motifikasiyasını nəzərə almaq lazımdır.

Məsələn, ABŞ - da sistem daim inkişaf edir və hökumət aqrar sektor haqqında Qanuna müddəalar daxil etməklə dəyişikliklər həyata keçirir. Burada qeyd etmək lazımdır ki, ABŞ - da belə dəyişikliklər, əsasən, proqramın maliyyələşdrilməsi və subsidiyaların verilməsinə aid olur. Ümumilikdə, sistemin fəaliyyəti aqrar sığortaya cavab verən müəssisələr (Risklərin İdarə Edilməsi üzrə Agentlik, Aqrar Sığorta üzrə Federal Korporasiya) barədə Qanun və müddəaların qəbul edilməsi ilə həyata keçirilir. İspaniyada aqrar sığorta haqqında Qanunda sistemin əsas müddəaları qeydə alınıb. Kanadada əyalətlər səviyyəsində müvafiq qanunvericilik sənədləri var.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti