...

ABŞ böhranla davranmağın əsas qaydalarını unudub -- britaniyalı ekspert

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2008 17:43 (UTC +04:00)
ABŞ böhranla davranmağın əsas qaydalarını unudub -- britaniyalı ekspert

Azərbaycan, Bakı, 30 sentyabr/ Trend , müxbir A.Bədəlova/ Prezident Corc Buşun və maliyyə naziri Henri Polsonun antiböhran planı Amerikanın Fond Birjasındakı problemin həllinə kömək etməyəcək, - Capital Economics Britaniya Konsaltinq Şirkətinin ABŞ üzrə baş iqtisadçısı Pol Eşuort (Paul Ashworth) hesab edir.

Bazar ertəsi ABŞ Konqresinin Aşağı Palatası maliyyə bazarının stabilləşdirilməsi üzrə antiböhran layihəsini rədd edib. Layihəyə əsasən, ipoteka ilə bağlı problem aktivlərin alınması üçün $700 mlrd. ayrılması planlaşdırılıb. Proqramın rədd edilməsi xəbəri gözlənilməz olub. Sənədin lehinə 205, əleyhinə 228 konqresmen səs verib.

Əvvəllər layihə Konqresdə razılaşdırılıb. Konqreslə razılaşdırılmış qanun layihəsinə əsasən, onun qəbul ediləcəyi təqdirdə, prezident administrasiyası ilikin mərhələdə yalnız $350 milyard ala biləcə;əvvəl $250 milyard, daha sonra $100 milyard. Bununla yanaşı, Konqres qalan  $350 milyardın ayrılmasının qarşısını almaq hüququnu özündə saxlayır.

"Biz yardım planının heç də qızğın tərəfdarı deyilik, belə ki, ipoteka ilə bağlı qiymətli kağızlar bazarındakı likvidliik çatışmazlığının maliyyə yardımı ilə həlli, real problemin həllinə kömək etməz, çünki problem, aktivlərin hesabdan silinməsi nəticəsində bank kapitalının dağılmasından ibarətdir", - çərşənbə axşamı Trend - a elektron poçtla Eşuort bildirib.

"Yeni təkmilləşdirilmiş plan qəbul edilsəydi belə, biz onun gələn həftənin əvvəlindən tez fəaliyyət göstərəcəyinə şübhə edirdik", - iqtisadçı deyib.

Lakin Eşourt onu da etiraf edib ki, hər halda, proqram bazardakı təzyiqi azalda və banklararası maliyyə bazarının fəaliyyətini yaxşılaşdıra bilərdi.

Konqresin$700 milyardın verilməsi üzrə razılaşdırılmış yardım planını rədd etməsi xəbəri, fond bazarlarında yeni xaosa gətirib çıxarıb. Bazar ertəsi ABŞ - ın səhm bazarı rekord enmə göstəriciləri ilə işini bitirib.

"Böhranda taktikanın hazırlanmasında əsas qayda unudulub: hər şeydən əvvəl, ziyan vurma", - Eşuort deyib.

ABŞ - ın Fond Birjası bir günə $1 trilyon 200 milyard itirib. ABŞ - da işgüzar fəallığın aparıcı göstəricisi olan Dow Jones, təxminən 7 faiz aşağı düşüb, NASDAQ və S&P 500 hərəsi 9 faiz itirib.

"ABŞ prezidenti Corc Buşun səsvermədən sonra bizim böyük problemlərimiz var [we`ve got a big problem] ifadəsi, tamamilə doğrudur", - Eşuort qeyd edib.

Capital Economics-in bazar iqtisadiyyatı üzrə baş iqtisadçısı Con Higinsin (John Higgins) fikrincə, ABŞ Federal Ehtiyatlar Sistemi (FES) tərəfindən aktivlərinin alınması, ABŞ  Xəzinəsinə nisbətən daha gözləniləndir.

"Biz hesab edirik ki, iflyasiya göstəriciləri ilə birgə real iqtisadiyyatın da zəifləməsi, gələn il FES -ə tarif dərəcəsini yalnız bir faizədək azaltmağa imkan verəcək", - Higins bildirib.   

Xəbər lenti

Xəbər lenti