Azərbaycan, Bakı, 03 oktyabr/ Trend , müxbir Ü.İsmayılova/ їHazırda їBakıelektrikşəbəkəї ASC - nin (Bakının elektrik paylayıcı şəbəkəsini idarə edir) yaradılması ilə məşğul olduğu Bakının dairəvi elektrik təchizatı sistemi əhalini fasiləsiz və keyfiyyətli enerji ilə təmin etməyə imkan verəcəkї, - ASC - nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayev cümə günü bildirib.
їDairəvi sistemin yaradılması 2007 ї 2009 - cu illərdə Bakının paylayıcı şəbəkələrinin inkişafı Proqramı çərçivəsində, 2008 - ci ildə başlayıbї, - Mustafayev qeyd edib.
Dairəvi elektrik təchizatı sistemi 110/35/10 KVt - lik їİçəri şəhərї, їLimanї və yeni ї227ї yarımstansiyasının 110 KVt gücündə mövcud şəbəkə ilə birləşdirilməsini nəzərdə tutur.
Mustafayevin sözlərinə görə, yeni sistemin yaradılması və onun tədricən istismara verilməsi üç mərhələdə reallaşdırılacaq.
їElektrik enerjisinin fasiləsiz verilməsi üçün birinci mərhələdə dairəvi sistem Bakı və ətraf rayonlarda tətbiq ediləcəkї, - ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri bildirib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]