...

Azərbaycanın stasionar tibbi müəssisələrində pulsuz dərman preparatlarının siyahısı genişləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2008 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 oktyabr / Trend , müxbir S.Babayeva/ Azərbaycanın stasionar müəssisələrində xəstələrin müalicəsi üçün pulsuz dərman preparatları və tibbi ləvazimatların siyahısı 115 ədədədək genişlənib. Bu qərar səhiyyə naziri Oqtay Şirəliyevin sərəncamı əsasında qəbul olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu sərəncama qədər bu kimi preparatların siyahısına 60 növ dərman daxil idi.

"İndi mövcud 60 dərman növünə həyati əhəmiyyətli daha 55 dərman əlavə olunub",- deyə nazirlikdən bildiriblər.

Cari ilin oktyabr ayının 2-dən başlayaraq stasionar tibbi müəssisələrində xəstələrə pulsuz əsasda 115 növ vitamin, antibiotik və tibbi preparatlar təqdim edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti