...

Lufthansa Britaniyanın BMİ aviaşirkəti üzərində nəzarəti alır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2008 19:07 (UTC +04:00)

Almaniyanın ən iri aviaşirkəti Lufthansa Böyük Britaniyanın böyüklüyünə görə ikinci aviadaşıyıcısı BMİ şirkətinin səhmlərinin 50% alır, - BMİ-nin çərşənbə günü yayılan məlumatında bildirilir, - RİA NOVOSTİ xəbər verir.

Britaniya aviaşirkətinin səhmlərinin 30%-i və minus bir səhmi artıq Lufthansa-ya məxsusdur. BMİ-nin Direktorlar Şurasının hazırki sədri ser Maykl Bişopdan səhmlərin 50%-i alındıqdan sonra isə, Almaniyanın aviaşirkətinin payı 80%-dək artır.

BMİ-nin məlumatında bildirilir ki, Lufthansa səhmlərin alınması prosesini gələn il yanvarın 16-dək başa çatdırmaq niyyətindəir. Sazişin məbləği açıqlanmır.

Nəticədə, Lufthansa Londonun Hitrou hava limanından həyata keçirilən reyslərin sayına görə, yalnız Britaniyanın ən iri aviadaşıyıcısı British Airways-dən geri qalacaq.

Hazırda BMİ 50 Britaniyadaxili və beynəlxalq istiqamət üzrə reyslər həyata keçirir.

BMİ-nin aviaparkına 54 təyyarə daxildir. 2007-ci ildə şirkət 10,6 mln. sərnişin daşıyıb.

Xəbər lenti

Xəbər lenti