...

Azərbaycanın regionlarında işçilərin hüquqlarının pozulmasına görə 20 sahibkar cəzalandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2008 21:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr/ Trend , müxbir Ü.İsmayılova, V. Məmmədov/ "Azərbaycanın Gəncə, Göyöl, Daşkəsən və Samux raoynlarında aparılan yoxlamalar zamanı Ərazi Bölgə Əmək Müfəttişliyi əmək müqaviləsi bağlanılmadığına görə 20 sahibkarı cərimələyib", - ərazi müfəttişliyinin rəhbəri Əkbər Nəsirli cümə axşamı bildirib.

İlin əvvəlindən ərazi müfəttişliyi işə götürənlə işçi arasında müqavilə bağlanılması hallarını müəyyənləşdirmək məqsədi ilə 116 müəssisədə yoxlama aparılıb. Ərazi Vergi İdarəsi ilə birgə aparılan yoxlamalar zamanı işçilərin hüquqlarının pozulmasına dair 186 fakt aşkarlanıb. Cərimələnən sahibkarların biri hüquqi, qalanları fiziki şəxs olub. Hüquqi şəxs 22 min manat, fiziki şəxslər üç min manatdan beş min manatadək cərimələniblər.

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Əmək Müfəttişliyi istehsalatda əməyin vəziyyətini müntəzəm araşdıran orqandır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti