...

Azərbaycan qaz kartelinin təzyiqi ilə qarşılaşır -- The Heritage Foundation-in analitiki Ariel Koen

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2008 10:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 noyabr/ Trend / The Heritage Foundation-in (ABŞ) baş elmi əməkdaşı Ariel Koen, xüsusi olaraq Trend üçün

Xəzər qazının istehsalçıları son yeddi il ərzində gizli və monoton şəkildə yaranmış qaz karteli təsisçiləri "üçlüyü"nün artan təzyiqi ilə qarşı-qarşıya dayanmalı olacaqlar. Bakı, Aşqabad, Astana və Daşkənd hökumətləri Moskva və Tehranın artan zərbəsi qarşısında suverenliklərini qorumaq məqsədilə öz siyasətlərini uzlaşdırmalıdırlar. Şərqi Avropa və ABŞ-a isə, Xəzər qazı ölkələrinin enerji sahəsində müstəqillik və öz müqəddəratlarını təyin etməyə yönələn səylərini dəstəkləməsi gərəkdir.

Qaz ixrac edən ölkələr oktyabrın 21-də Tehranda kartelin yaradılması haqqında razılığa gəliblər. Rusiya, İran və Qətərdən başqa, Əlcəzair, Boliviya, Bruney, Venesuela, Misir, İndoneziya, Liviya, Malayziya, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Trinidad və Tobaqo və Ekvatorial Qvineya da daxil olmaqla, kartelin qalan üzvləri bildirirlər ki, "qaz siyasətinin uzlaşdırılması" üçün daha bir adsız qrup yaratmaq niyyətindədirlər.

Üçlər Qrupu ("üçlük")  dünya qaz ehtiyatlarının üçdə ikisi və qaz istehsalının dörddə birinə nəzarətin uzlaşdırılması və həyata keçirilməsi üçün hər rüb görüşəcəklər. Müqayisə üçün, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) dünya neft ehtiyatlarının dörddə üçündən çoxuna, dünya neft hasilatının cəmi 40 faizinə nəzarət edir.

İran qaz və neft ehtiyatlarına görə dünyada, Rusiya və Səudiyyə Ərəbistanından sonra, ikinci yeri tutur.

Rusiya Tehranla rəqabət aparmaqdansa, enerji siyasətini onunla uzlaşdırmağı üstün tutur. Hər iki ölkə dərk edir ki, birlikdə dünya neft ehtiyatlarının təxminən 20 faizi və qaz ehtiyatlarının təxminən yarısını idarə edə biləcəklər - bu isə, böyük geoiqtisadi təsirdir.

ABŞ neft və qaz kartellərinə müqavimət göstərmək üçün enerji istehlakçılarının dünya koalisiyasını yaratmalı, qaz sənayesinə bazar prinsiplərini daxil etməlidir. ABŞ Konqresi Arktika, Qayalı dağlardakı enerji ehtiyatlarının, Sakit və Atlantik okeanlarının qazla zəngin kontinental şelflərinin mənimsənilməsi üçün normaları liberallaşdırmalı, Kanada ilə qaz sahəsində əməkdaşlığı genişləndirməlidir.

Rusiyanın dünya qaz strategiyası

Rusiya gərgin enerji bazarında özünün iqtisadi və siyasi hakimiyyətini dəqiq qiymətləndirir. Onun bu hakimiyyətini ölkənin böyük enerji ehtiyatları təmin edir. Eyni zamanda, RF Azərbaycan, Qazaxıstan, Türkmənistan və Özbəkistan kimi yeni müstəqil dövlətlərdən enerji ixracına nəzarət etməyə çalışır. Rusiya  İran, Venesuela, Liviya və digər iri enerji ixracatçıları ilə də əlaqələrini möhkəmləndirir. Son vaxtlar Moskva OPEK-ə qarşı cazibəli hücuma başlayıb.

Beləliklə, Rusiya çətin və incə oyun oynayır və çox ehtimal ki, bu oyun planetdə ən iri ehtiyatlara malik aparıcı qaz istehsalçısı və ən iri neft ixracatçısı qismində üstünlüklərin artırılmasına yönəlib.

Əvvəla, Rusiyanın yanaşması qradualist yanaşma olub. Moskva heç zaman qaz karteli ilə açıq şəkildə maraqlanmasa da, onun yaradılmasına başlamaq üçün imkan gözləyib.

Baş nazirin enerji məsələləri üzrə keçmiş müavini Viktor Xristenko bu fikri yalnız Putinin 2007-ci ilin fevralında Qətərə səfəri zamanı qaz OPEK-ini "maraqlı fikir" adlandırmasından bir neçə gün əvvəl təkzib etmişdi.  QİÖF-ün  (Qaz İxrac edən Ölkələr Forumu) apreldə Dohada keçirilən iclasında Xristenko bildirib ki: "Bizim kiməsə qarşı ittifaq yaratmaq məqsədimiz olmayıb və olmayacaq". Lakin ötən həftə Qazprom-un sədri Aleksey Miller "böyük qaz üçlüyünün" yaradıldığını elan edib.

Dohada keçirilmiş sammitdən sonrakı rəsmi bəyanatın və kütləvi informasiya vasitələrinin xəbərlərinin diqqətlə öyrənilməsi göstərib ki, ötən yazda narahatlıq üçün əsas olub. Bu təhdidlər oktyabrın 21 - də üçlüyün yaradılması elan edildikdən sonra əsaslandırılmışdı.

İkincisi, Rusiyanın yanaşması nəzərəçarpmazdır. O, vaxtından əvvəl kartelin yaradılmasını elan etmək və istehlakçı ölkələri qorxutmaq əvəzinə, sakit şəkildə bütün detalları yerlərinə qoyub. Dohada Rusiya qazın qiymətini öyrənəcək və qazın qiymətlərinin müəyyən edilməsinin qəbul edilmiş üsullarından istifadə etməklə, metodologiya hazırlayacaq "yüksək səviyyəli qrup"un yaradılmasına təşəbbüs göstərib. Rusiya bu qrupun əməkdaşlarını çətinlik çəkmədən yığacaq. Bir müddət əvvəl verilən bəyanatın böyük əhəmiyyəti var, belə ki, Qazprom mayeləşdirilmiş təbii qaz bazarında market-meykerə çevrilə və Avropada qazın qiymətini müəyyən edə bilər. 

Üçüncüsü, Tehran Bəyannaməsinədək Rusiyanın meydana çıxması daha rasional ola bilərdi. QİÖF-ün qiymətləri tənzimləmək funksiyası, Latın Amerikasının qazla ticarətdə rəqabət də daxil olmaqla, bazar prinsiplərindən imtina etmək istəyən ölkələri tərəfindən dəstəklənib: Venesuela, Boliviya və Argentina. Bu gün İran (Venesuela ilə yanaşı) öz OPEK-indən; qaz sektorunda hasilatın azaldılması və qiymətlərin tənzimlənməsini tələb edən itilənmiş instinktlərdən istifadə edir. Buna baxmayaraq, kartelin yaradılması təşəbbüsünü Putinin adına yazırlar; Rusiyanın Dohadakı nümayəndə heyətinin adı çəkilməyən yüksək vəzifəli nümayəndəsi 2007-ci ildə RİA NOVOSTİ - yə bildirib ki, qaz bazarı qloballaşmaya məruz qaldığı üçün, qaz karteli kimi təşkilatın yaradılması zərurəti yaranacaq və lazım olacaq.

Oktyabrın 21-də yeni qrupun yaradıldığı elan edildikdən sonra, rusiyalı məmurlar özləri bu ifadədən istifadə etməsələr də, İranın neft naziri Qulamhüseyn Nozariyə sazişi "qaz OPEK-i" adlandırmasına imkan veriblər.

Və nəhayət, ən vacib olan dördüncüsü - hansı ad altında yaradılmasına baxmayaraq, kartel kartel olaraq qalır. Dohada keçirilən görüşdə QİÖF-ün üzvləri, xüsusilə də Avropada istehlak bazarlarının öz aralarında bölünməsini müzakirə etmək barədə razılığa gəliblər. Avropada Rusiya və İran artıq iri oyunçulardır. İran isə, gələn dekadada qoşula bilər. Məsələn, Rusiya Əlcəzairin İspaniyadakı mövqelərinə iddia etməzsə, Əlcəzair Qazprom-un böyük oyunçu olduğu Almaniyadan qaçacaq. Şübhəsiz ki, bu, Avropa İttifaqının enerjinin liberallaşdırılması və iyulun 1-də qüvvəyə minmiş qazın qiymətlərinin tənzimlənməməsi siyasətinin prinsiplərinə iddia edəcək.

 Kiçik Xəzər qazı istehsalçıları bu strateji məsələ üzrə siyasətin uzlaşdırılmasını genişləndirmək məqsədilə avropalı istehlakçılar və Vaşinqtonla məsləhətləşmələri gücləndirməlidirlər.

Xəbər lenti

Xəbər lenti