...

Gəncə Avtomobil Zavodu Azərbaycandan kənarda nümayəndəlik açmağa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2008 12:02 (UTC +04:00)
Gəncə Avtomobil Zavodu Azərbaycandan kənarda nümayəndəlik açmağa hazırlaşır

Azərbaycan, Bakı, 11 noyabr/ Trend , müxbir S.Əliyev/ "Gəncə Avtomobil Zavodu yaxın vaxtlarda Türkiyədə İstanbulda yerləşəcək şəxsi nümayəndəliyini açmaq niyyətindədir", - Gəncə avtomobil bazasının rəhbəri Xanlar Fətiyev çərşənbə axşamı bildirib.

Marketinq hesablamalarına görə, hər il Türkiyə bazarında təxminən 36 min traktor satılır. Bunlardan təxminən 8-9 min traktor ölkə daxilində istehsal edilir, qalanları xaricdən gətirilir, - Fətiyev bildirib.

Gəncə zavodu birinci il ərzində 300-500 traktor satmaq niyyətindədir. Lakin qanunvericiliyə əsasən, Türkiyə ərazisində satışların həyata keçirilməsi üçün satışdan sonra texnikaya tam xidmətin göstərilməsi və bütün ölkə ərazisində onun təmiri üçün obyektlərin yaradılması lazımdır. Bu məsələnin həlli üçün Gəncə zavodu Türkiyə şirkətlərindən biri ilə tərəfdaşlıq münasibətləri qurmaq niyyətindədir. Hazırda bu məsələ üzrə danışıqlar davam edir, - Fətiyev bildirib.

Gəncə Avtomobil Zavodu özünün istehsal obyektlərində Minsk Traktor Zavodunun məhsullarını yığır. Hazırda Azərbaycanda, sonradan İran, Türkiyə, Gürcüstan və ola bilsin, Rusiyanın cənubuna satılmaqla, traktorların yığılması üzrə illik gücü ildə 8-10 min traktora bərabər olacaq birgə müəssisənin yaradılması məsələsi nəzərdən keçirilir.

Gəncə zavodunda traktorların altı modifikasiyası istehsal olunur. Onların dəyəri 13-35 min manat civarında dəyişir. Azərbaycanda Minsk Avtomobil və Traktor Zavodunun bütün yük avtomobilləri və traktorlarının yığılması və satışı haqqında müqavilə 2006-cı il noyabrın sonunda Belarusun paytaxtında imzalanıb.

Yığma zavodun 15 min kv.m- lik ərazisində həyata keçirilir. Gəncə zavodu Azərbaycanda ildə 1000-dək yük maşını və 2000 traktor yığa bilər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti