...

JPMorgan Amerika bankı inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının artım tempinin düşəcəyini proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Noyabr 2008 10:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 noyabr / Trend , A.Bədəlova/ Dünyanın üçüncü böyük bankı olan JPMorgan inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarının artım tepminin 2009-cu ildə 2,1 faiz aşağı düşəcəyini proqnozlaşdırır. Bankın məruzəsində deyilir ki, inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatı üzrə artım gələn il 3,6 faiz olacaq. 2008-ci ildə bu göstərici 5,7 faiz, 2007-ci ildə 7,5 faiz təşkil edib.

JPMorgan proqnozlaşdırır ki, 2009-cu ildu Çində ÜDM artımı - 8,1 faiz, Hindistanda - 6,2 faiz olacaq.

Bank 2008-ci ilin son və 2009-cu ilin ilk rübündə dünya iqtisadiyyatının zəif olaraq qaldığı vaxtda ÜDM üçün V növlü artımı proqnozlaşdırır. Gələn ilin ortalarından o, müsbət dinamika əldə etməyə başlayacaq.

"Dünya iqtisadiyyatının bərpası əhəmiyyətli monetar və fiksal ölçülərin təsirilə, 2009-cu ilin ortalarından başlayaraq kredit şərtlərinin sadələşdirilməsinə və işgüzar fəallığın bərpasına gətirib çıxaracaq maliyyə sektoruna dövlət ayırmaları ilə bağlıdır", - JPMorgan-ın məruzəsində deyilir.

Müəlliflə əlaqə unvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti