...

Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi böyük islahatlar hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2008 16:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 noyabr/ Trend , müxbir Ü.İsmayılova/ "Dünya maliyyə böhranı qiymətli kağızların inkişafı üçün əlavə imkanlar və vaxt yaratsa da, ilk baxışdan elə görünə bilər ki, böhran bu bazarın inkişaf imkanlarını məhdudlaşdırıb", - Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı hesab edir.

"Azərbaycanın fond bazarı dünya bazarında o qədər də güclü inteqrasiya etmədiyindən, vəziyyətin birbaşa təsirindən danışmaq tezdir", - Aslanlı bildirib.

Onun sözlərinə görə, dünya maliyyə böhranının Azərbaycanın bazarına təsir etmədiyini söyləmək düzgün olmazdı.

"Bütün ölkələrin iqtisadiyyatında olduğu kimi, təsir bu və ya digər dərəcədə olub. Lakin müxtəlif tədbirlərin tətbiq edilməsi Azərbaycana güclü təsirdən qaçmaq imkanı verib", - Aslanlı bildirib.

Azərbaycanın qiymətli kağızlar bazarının gələcək inkişafından danışan Aslanlı bildirib ki, Komitə artıq bu bazarın kompleks inkişafı proqramına start verib. Proqram böyük islahatların aparılmasını nəzərdə tutur. İslahatlar, əsasən, dünya maliyyə böhranının başlamasına gətirmiş risklərin təkrarlanmamasına yönələcək.

"Fond bazarının inkişafının tədbirlər planına qanunverici bazanın öyrənilməsi və təkmilləşdirilməsi, bazarın potensialının  qiymətləndirilməsi, həm iştirakçılar, həm də potensial sərmayədarlar üçün maarifləndirmə işlərinin aparılması daxildir", - Aslanlı bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti