...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2008 11:02 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan,Bakı, 22 dekabr/ Trend , müxbir İ.Xəlilova/ Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0037 bənd möhkəmlənib (0,37 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,8026 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi dekabrın 15-də 1 ABŞ dolları üçün 0,805 manat, minimum isə dekabrın 18-də 1 ABŞ dollarına 0,8008 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
8 dekabr 0,809 15dekabr 0,805
9 dekabr 0,809 16dekabr 0,8039
10 dekabr 0,8072 17dekabr 0,802
11 dekabr 0,8068 18dekabr 0,8008
12 dekabr 0,806 19dekabr 0,8013
Həftə ərzində orta 0,8076 Həftə ərzində orta 0,8026

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0035 bənd (0,35 faiz) möhkəmlənib. Orta məzənnə 1 ABŞ dollarına 0,80294 manat səviyyədə müəyyən olunub.

Göstərilən dövr ərzində dolların manata nisbətdə maksimum məzənnəsi dekabrın 15-də1 ABŞ dollarına 0,805 manat, minimum isə dekabrın 18-də 1 ABŞ dollarına 0,801 manat müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): dekabrın 15-də 0,805 AZN/USD məzənnəsi ilə $0,74 mln., dekabrın 16-da 0,8036 AZN/USD məzənnəsi ilə $4,51 mln., dekabrın 17-də 0,8036 AZN/USD məzənnəsi ilə $0,15 mln., dekabrın 18-də 0,801 AZN/USD məzənnəsi ilə $0,9 mln., dekabrın 19-da isə 0,8015 AZN/USD məzənnəsi ilə $0,377 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
8 dekabr 0,809 15dekabr 0,805
9 dekabr 0,809 16dekabr 0,8039
10 dekabr 0,8072 17dekabr 0,802
11 dekabr 0,8068 18dekabr 0,8008
12 dekabr 0,806 19dekabr 0,8013
Həftə ərzində orta 0,8076 Həftə ərzində orta 0,8026
ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi
8 dekabr 0,8083 15 dekabr 0,805
9 dekabr 0,8083 16 dekabr 0,8036
10 dekabr 0,8062 17 dekabr 0,8036
11 dekabr 0,8061 18 dekabr 0,801
12 dekabr 0,8061 19 dekabr 0,8015
Həftə ərzində orta 0,807 Həftə ərzində orta 0,80294

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

Ötən həftə özəlləşdirmə çeklərinin qiymətləri sabit olub və keçən həftənin 18 manat səviyyəsində qalıb.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-ci il yanvarın 1-dək müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti