...

Azərdəmiryolbank AYİB - dən ticarətin maliyyələşdirilməsinə ayrılan kredit xəttinin mənimsənilməsini başa çatdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2008 20:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr/ Trend / "Azərdəmiryolbank" ASC Avropa Yenidənqurma və İnkişaf Bankının (AYIB) revolver fondundan 3,35 mln. dollar məbləğində qısamüddətli maliyyələşdirmə  açıb, - bankın bazar ertəsi yayılan məlumatında deyilir. Beləliklə, ötən il 16 mln. dollaradək artırılmış AYİB-in kredit xətti, demək olar ki, tam mənimsənilib.

Azərdəmiryolbank tərəfindən dəstəklənən 2 mln. və 1,35 mln. dollar dəyərində yeni layihələr Asiya və Avropadan ticarət və sənaye avadanlığının alınmasını nəzərdə tutur.

"Bank gələcəkdə də xarici ticarət əməliyyatlarının maliyyələşdirilməsi ilə bağlı iş adamlarına lazımi köməyi göstərmək niyyətindədir", - bankın İdarə Heyətinin sədri Yusif Cabbarov bildirib.

Azərdəmiryolbank-ın AYİB ilə əməkdaşlığının əsası 1999-cu ildə qoyulub. Müxtəlif proqlamlar çərçivəsində, indiyədək  tərəflər arasında mikro, kiçik və orta sahibkarlığın kreditləşdirilməsini nəzərdə tutan ümumi həcmi 42,5 mln. dollar olan sazişlər bağlanılıb. 2005 - ci ildən AYİB bankın 25 % +1 səhmini alaraq, onun səhmdarı olub.

Azərbaycanın ilk kommersiya bankı olan "Azərdəmiryolbank" ASC 1989 - cu ildə təsis edilib. Bakı və regionlarda Bankın 30 filial və şöbəsi fəaliyyət göstərir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti