...

Azərbaycanın AccessBank-ı kommunal ödənişlərin qəbuluna başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2009 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar/ Trend / Azərbaycanın AccessBank-ı Bakı şəhərindən kənarda yerləşən bütün filiallarında kommunal ödənişlərin qəbuluna başlayıb, - bankın çərşənbə günü yayılmış məlumatında deyilir.

Bunlar "Mərkəzi", "Xalqlar Dostluğu", "Babək", "20 Yanvar", "Aeroport", "Azadlıq", "Elmlər Akademiyası", "Səbayel", "Bülbül" və "Bakıxanov" filiallarıdır.

Bankın plastik kart sahiblərinin Abşeron yarımadasında kommunal xərclərə görə ödənişləri, AccеssBank bankomatları vasitəsi ilə həyata keçirmək imkanı yaranıb. İndi kart sahibləri, respublikanın istənilən yerində bankomatlar vasitəsilə mobil operator xidmətlərinin də haqqını ödəyə bilərlər. AccessBank kommunal ödənişlərin həyata keçirilməsinə görə heç bir komissiya tutmur. 

"AccessBank müştərilərinə tam çeşidli maliyyə xidmətləri göstərməyə çalışır. İndi müştərilərimiz kommunal xərclərin ödənilməsi üçün müxtəlif instansiyalara müraciət etməli olmayacaqlar, onlar bütün xərcləri birdəfəyə ödəyə biləcəklər", - bankın Baş meneceri Endrü Pospilovski bildirib.

AccessBank Fitch Beynəlxalq reytinq agentliyi tərəfindən, Azərbaycanın özəl bankları arasında ən etibarlı bank elan edilib (BB+). AccessBank 6 beynəlxalq maliyyə institutunun 100 faizlik mülkiyyətidir: Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20 faiz), Access Holding (16.5 faiz) və Almaniyanın LFS Financial Systems GmbH (3.5 faiz) şirkətləridir. 

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti