...

İCARDA dənli bitkilərdə "buğda pası" xəstəliyi ilə mübarizədə Azərbaycana kömək edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Fevral 2009 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 fevral/ Trend , müxbir S.Babayeva/

Quraq Rayonlarda Kənd Təsərrüfatı Araşdırmaları Beynəlxalq Mərkəzi (İCARDA) dənli bitkilərdə müşahidə olunan "buğda pası" xəstəliyi ilə mübarizədə Azərbaycana kömək edəcək, - Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Aqrar Mərkəzindən bazar ertəsi bildiriblər.

"Bu xəstəlik çox təhlükəlidir və ölkəmizdə taxıl seqmentində geniş müşahidə olunur", - mərkəzdən bildiriblər.

Mərkəzin əməkdaşlarının sözlərinə görə, bu məqsədlə İCARDA Azərbaycana üç mütəxəssis göndərib. Mütəxəssislər xəstəliyin areolunun yayılmasının qarşısının alınmasına yönəlmiş layihə hazırlayacaqlar.

"Buğda pası" buğda, çovdar, arpa, ayrıq, daraqotu, kirpikotu, dəlicəotu və digər dənli bitkiləri zədələsə də, buğdaya daha çox zərər vurur. Tez-tez xəstəlik Şimali Qafqaz, Zaqafqaziya, Mərkəzi Asiya, Altay diyarının yüksək dağlıq rayonlarında buğda əkini sahələrində, ayrı-ayrı illərdə Ukraynanın Meşəlik və Meşə-Çöl ərazilərində, Belarus və Pribaltika respublikalarında inkişaf edir.

1977-ci təsis edilmiş İCARDA bütün dünya üzrə yerləşmiş və Beynəlxalq Kənd Təsərrüfatı Araşdırmaları üzrə Konsultativ Qrup (Consultative Group on International Agricultural Research) tərəfindən dəstəklənən 15 mərkəzdən biridir.

Baş ofisi Aleppoda (Suriya) yerləşən təşkilat milli, regional və beynəlxalq institutlar, universitetlər, QHT, inkişaf etmiş ölkələrdə nazirliklər və sənaye ölkələrində qabaqcıl tədqiqat institutları ilə əməkdaşlıq edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti