Azərbaycan, Bakı, 09 fevral / Trend , müxbir S.Babayeva/ "Azərbaycan Dövlət Standartlaşdırma, Metrologiya və Patentləşdirmə Komitəsinin bazasında İnformasiya Mərkəzi yaradılır", - bazar ertəsi Dövlət Komitəsindən xəbər verilib.
"Mərkəz standartlaşdırma üzrə ayrıca komponenti olan Almaniya texniki yardım cəmiyyəti (GTZ) tərəfindən həyata keçirilən layihə çərçivəsində yaradılır", - Dövlət Komitəsindən deyilib.
Özündə hazırda mövcud standartlar və başqa texniki və qanunvericilik bazasını ehtiva edən informasiya mərkəzi, həm də normativ-texniki sənədlərin qəbulu haqda xəbər verəcək.
Mərkəzin fəaliyyətə başlayacağı tarix haqda məlumat verilmir.
Dövlət strukturundan qeyd edildi ki, Dövlət Komitəsinin nümayəndə heyəti yanvarda artıq analoji mərkəzə malik olan Litvaya səfər edərək bu ölkənin standartlaşdırma departamentinin fəaliyyəti ilə tanış olub.
Azərbaycan və Litva bu il standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahəsində ikitərəfli müqavilə imzalamağı planlaşdırır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]