Azərbaycan, Bakı, 14 fevral / Trend /
Çin Gürcüstana NBM-nin (Nəzarət-Buraxılış Məntəqələri) yeni, müasir avadanlıqlarla, xüsusilə də yüklərin içindəkiləri yoxlamaq üçün rentgenoskanerlərlə təchizatına yardım edir. Artıq belə skanerlərdən birinin Adliya (Acar Muxtar Respublikası) gömrüyündə təqdimetmə mərasimi keçirilib.
"Mərasimdə maliyyə naziri Kaxa Bainduraşvili, gəlir xidmətinin rəisi Qriqol Qobecişvili, Acar MR-nın hömukətinin başçısı Levan Varşalomidze və Çinin Gürcüstandakı səfiri Qion Cianşvey iştirak edib", - Gürcüstan Maliyyə Nazirliyindən bildirilib.
Gürcüstan gömrük NBM-lərində yeni skanerlərin qurulması üçün ÇXR höküməti hələ 2008-ci ildə Gürcüstana 6,5 milyon dollar həcmində qrant ayırmışdı. Bu məbləğə 11 skaner alınıb və quraşdırılıb. Onların bir hissəsi artıq Sarpi, Laqodexi gömrüklərində, həmçinin Batumi, Poti limanlarında və Kulevi terminalında quraşdırılıb.
Yaxın müddətdə bu avadanlığı Ninotsminda, Kazbeqi və Ququtidə də quraşdıracaqlar. Bununla yanaşı rentgenoskaner dəmir yolunda da peyda olacaq.
Maliyyə Nazirliyindən deyilir ki, yeni avadanlıq yüklərin yoxlanılması prosedurunu əsaslı dərəcədə sadələşdirir və qeyri-qanuni tranzit yüklərinin həcmini minimuma endirir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]