...

Azərbaycan İnvestisiya Şirkətinin yeni icraçı direktoru təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2009 19:24 (UTC +04:00)
Azərbaycan İnvestisiya Şirkətinin yeni icraçı direktoru təyin olunub

Azərbaycan, Bakı, 14 mart / Trend müxbir İ.Xəlilova/ Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) müşahidə şurasının qərarı ilə qurumun icraçı direktoru vəzifəsinə Əfqan İsayev təyin olunub. O əvvəllər Bank of Baku-nun idarə heyəti sədrinin müavini olub, deyə İqtisadi İnkişaf Nazirliyindən bildiriblər. İsayev AİŞ icraçı direktoru vəzifəsində Anar Axundovu əvəz edib.
Müvafiq qərar şənbə günü iqtisadi inkişaf naziri Şahin Mustafayevin sədrliyi ilə keçirilən AİŞ müşahidə şurasının iclasında qəbul olunub.
AİŞ Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə 2006 - cı ilin martın 30-da yaradılıb. AİŞ - in yaradılmasında məqsəd qeyri-neft sektorunun inkişafı üçün investisiya yatırımların təşviqi, bu sahədə fəaliyyət göstərən müəssisələrin maliyyə və texnoloji bazasının yenilənməsidir. AİŞ-in nizamnamə kapitalı 90 milyon manat elan edilib. Bu vəsait  Dövlət Neft Fondunun vəsaitləri hesabına formalaşır. AİŞ artıq beş layihədə 55,1 milyon manat həcmində investisiya iştirakını qəbul edib.
Ernst & Young şirkəti ilə audit xidmətlərinin göstərilməsinə dair imzalanan saziş çərçivəsində beynəlxalq standartlar üzrə ilk audit rəyinə əsasən 2007-ci ilin yekunlarına görə, AİŞ aktivləri 93,412 milyon manat təşkil edib. Müvafiq göstərici 2006-cı ildə 89,776 milyon manat olub.
Şirkətin səhm kapitalı 89,741 milyon manatdan 93,058 milyon manatadək artıb.
AİŞ-in müşahidə şurasının sədri iqtisadi inkişaf naziri Şahin Mustafayevdir.

Xəbər lenti

Xəbər lenti