...

Azərbaycan dünya böhranı şəraitində hamıdan az zərər çəkib - Prezident İlham Əliyev

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Mart 2009 12:29 (UTC +04:00)
Azərbaycan dünya böhranı şəraitində hamıdan az zərər çəkib - Prezident İlham Əliyev

Azərbaycan, Bakı, 20 mart / Trend , müxbir S.Əliyev /

"Son beş il ərzində Azərbaycan iqtisadi inkişaf üzrə lider mövqe tutub və mən əminəm ki, bu proses davam etdiriləcək", - deyə cümə günü Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı münasibəti ilə Bakının mərkəzində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, son beş ildə Azərbaycanın iqtisadi artımı 2,6 dəfə təşkil edib, yoxsulluq səviyyəsi 49 faizdən 13 faizə enib. Hazırda, Prezidentin sözlərinə görə, yaxın beş ildə Azərbaycanın iqtisadi inkişaf proqramı hazırlanır.

"Azərbaycan son illər ərzində qarşısına qoyduğu bütün vəzifələri yerinə yetirib. Növbəti beş ildə işlər davam etdiriləcək", - deyə dövlət başçısı qeyd edib.

Onun sözlərinə görə, bu gün Azərbaycan dünya ictimaiyyəti tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunur.

"Regionun bəzi ölkələri iqtisadi böhranın öhdəsindən gələ bilmir. Böhran regionda kimin kim olduğunu göstərdi. Azərbaycan dünya böhranı şəraitində hamıdan az zərər çəkib", - deyə İlham Əliyev vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan manatı sabit olaraq qalmaqdadır. "Neft qiymətlərinin düşməsinə baxmayaraq, Azərbaycan 2009-cu ildə reallaşdırılması nəzərdə tutulan investisiya proqramlarını davam etdirəcək. Sərmayələr azaldılmayacaq", - deyə dövlət rəhbəri qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti