...

Azərbaycanın Dövlət Gömrük Komitəsi MDB ölkələri ilə əmtəə dövriyyəsinin həcmini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Mart 2009 14:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 mart / Trend , müxbir Ü.İsmayılova /

Yanvar-fevral ayları ərzində Azərbaycan MDB ölkələrindən 259,06 milyon dollar əmtəə idxal edib ki, bu da ölkənin ümumi idxalının 27,98 faizini təşkil edir. Bu barədə cümə günü Dövlət Gömrük Komitəsindən bildirilib.

MDB ölkələrindən Azərbaycana taxıl məhsulları (ümumi idxalın 18,78 faizi), quru nəqliyyatı vasitələri (10,24 faiz), elektrik cihazları, avadanlıqlar və onun ehtiyyat hissələri (8,66 faiz) gətirilib. Azərbaycandan MDB ölkələrinə ixrac olunan məhsulların məbləği 177,58 milyon dollar (ümumi ixracın 11,90 faizi) təşkil edib.

MDB ölkələrinə əsasən mineral yanacaqlar, neft məhsulları, bitum mineralları (ümumi ixracın 58,46 faizi), meyvə (5,31 faiz), heyvan və bitki mənşəli yağlar (11,73 faiz) ixrac olunub.

MDB ölkələri ilə aparılan idxal-ixrac əməliyyatları üzrə mənfi qalıq 81,48 milyon dollar təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti