...

Azercell Telekom-un "SMS Şans" lotoreya kampaniyasının növbəti tirajları keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2009 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart / Trend /

Azərbaycanın GSM operatoru Azercell Telekom tərəfindən martın 1-dən həyata keçirilən "SMS Şans" lotereya kampaniyasının üçüncü və dördüncü tirajları baş tutub. Şirkətin məlumatında bildirilir ki, üçüncü və dördüncü tirajlar nəticəsində toplam 600 "Azercell" abonenti 30 manat, 60 nəfər 300 manat, 2 abonent, 050 5329625 və 050 3676761 saylı nömrənin istifadəçiləri hər biri 3000 manatın sahibi olublar.

Bundan əlavə dördüncü tiraj zamanı 50 nəfər mart ayının 29-da Heydər Əliyev adına sarayda keçirilən türk müğənnisi Serdar Ortacın konsertinə 100 bilet qazanıb.

"Azercell"-in "SMS Şans" lotereya kampaniyasının iştirakçısı olmaq üçün sadəcə dost-tanışlarınıza, yaxınlarınıza mesaj göndərməyiniz kifayətdir. Mesajların sayı çox olduqca, lotereyanın qalibi olmaq şansı da yüksəlir.

Bu il mayın 22-dək davam edəcək kampaniya boyunca 10 tiraj keçiriləcək. Kampaniyanın ilk 8 tirajı çərçivəsində hər həftə təsadüfi seçim prinsipi əsasında bir abonent 3.000 (üç min) manat, 30 abonent 300 (üç yüz) manat, 300 abonent isə 30 (otuz) manat qazanacaq.

Bundan əlavə, kampaniya çərçivəsində keçiriləcək 3 tirajda xüsusi uduşlar da nəzərdə tutulub. Belə ki, bu uduşun qalibləri məşhur türk müğənniləri Ajda Pekan, Hadisə və Fərhad Göçerin konsertinə 2 bilet əldə etmiş olacaq.

Xəbər lenti

Xəbər lenti