...

Azərbaycan və Qazaxıstan böhran amillərinə müqavimət reytinqində liderdirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyul 2009 17:48 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan böhran amillərinə müqavimət reytinqində liderdirlər

Qazaxıstan, Astana, 07 iyul / Trend , müxbir K.Konırova /

"Azərbaycan və Qazaxıstan postsovet məkanı ölkələri arasında böhran amillərinə müqavimət reytinqində lider yerləri tutublar", - Trend -ın Astanadakı xüsusi müxbiri JEEN-ə (Birləşmiş Avrasiya Ekspert Şəbəkəsi) istinadən məlumat verib.

"Bu reytinq postsovet məkanı ölkələri arasında böhran amillərinə müqavimət reytinqləri sırasında birincidir. Bu reytinqin tərtib olunmasına əsas kimi postsovet məkanındakı ekspertlər, politoloqlar, icmalçılar, jurnalistlər, hökumət orqanları nümayəndələri arasında keçirilən sorğunun nəticələridir", - məlumatda qeyd olunur.

Reytinqin təşkilatçılarının məlumatlarına görə, analizə Rusiyadan başqa postsovet məkanının bütün ölkələri daxil olub.

"Rusiyanın bu reytinqə, həm JEEN portalının əsasən Mərkəzi Asiya ölkələrindəki hadisələrin işıqlandırılmasına ümumi oriyentasiyası, həm də bərabərölçülülük prinsiplərinə riayət etmək baxımından daxil edilməyib. Bütünü göstəricilər üzrə dünyanın ən böyük dövlətrlərindən biri olan Rusiya reytinqə daxil edilən kimi, digər ölkələri ikinci plana ata bilərdi", - JEEN-də izah olunur.

Beləliklə, reytinqin nəticələrinə əsasən Qazaxıstan böyük fərqlə liderliyə yüksəlib.

"Ancaq biz öz reytinqimizə Rusiyanı da daxil etsəydik belə, Qazaxıstan heç nəyə baxmayaraq birinci yer uğrunda mübarizə apara bilərdi. Çünki demək olar ki, bütün ekspertlər bir tərəfdən Qazaxıstanın üzləşdiyi problemlərin dərinliyini, digər tərəfdən rəhbərliyin fəallığı və antiböhran proqramının həqiqi nəticələrinin mövcudluğunu qeyd ediblər", - JEEN-in məlumatında bildirilir.

Orada deyilib ki, ekspertlər Qazaxıstandakı siyasi durumu yetərincə sabit, ancaq dayanıqsız kimi qiymətləndiriblər.

"Rəhbərlik əhalinin narazılıq təzahürlərinə sistemli hazırlıq nümayiş etdirmir. Ekspertlər antiböhran proqramının realizə şansını böyük qiymətləndirirlər. Onlar bunu ölkənin sağlam siyasi və iqtisadi ambisiyaları ilə bağlayırlar. Ancaq bununla yanaşı ekspertlərin bir hissəsi hesab edirlər ki, ölkədəki durum böhrana yaxındır, iqtisadi siyasətdəki səhvlərin üstü siyasi ritorika, RF və ÇXR-dən alınan kreditlərlə örtülür. Böhranın dərinləşməsi halında onun Qazaxıstandakı təzahürü qorxulu forma ala bilər. Burada söhbət indiyə qədər aradan qaldırılması mümkün olan fikir ayrılıqlarının kəskinləşməsindən gedir", - analizdə bildirilir.   

Bundan sonra ekspertlər rəhbərlikdə yerdəyişmələri, elitaların rotasiyası və elit mühitdə frustrasiyanın yüksək səviyyəsini qeyd ediblər. Bununla yanaşı, hökumətdə vahid iqtisadi blokun olması və antiböhran proqramının işlənməsinin ən yüksək səviyyəsi, onun səmərəliliyi, iqtisadiyyatın prioritet sahələrinin dəstəklənməsinin yüksək səviyyəsi, ancaq eyni zamanda milli valyutanın kursunun dollar və avroya münasibətdə oynaması, kreditlərin qaytarılmaması da qeyd edilib.

"Sosial sabitliyi ekspertlər yetərli kimi qiymətləndirərək, hökumətə yüksək inam səviyyəsini də vurğulayıblar", - aparılan analizin nəticələrində qeyd olunur.

Reytinqdə ikinci yeri Azərbaycan tutub.

"Ölkədəki siyasi durumu ekspertlər sabit kimi qiymətləndiriblər. İqtisadi durum karbohidrogenlərin artan hasilat həcmi (hətta dünya bazarlarına karbohidrogenlərin qiymətlərinin aşağı olmasına baxmayaraq), hökumətdə vahid iqtisadi blokun olması, antiböhran proqramının səmərəliliyi, iqtisadiyyatın prioritet sahələrinin dəstəklənməsi siyasətinin mövcudluğu səbəbindən yetərincə sabit qiymətləndirilir", - JEEN-in analizində deyilir.

JEEN-in cəlb edilmiş ekspertləri hesab edir ki, Azərbaycandakı sosial durum sabit kimi qiymətləndirilir və hökumətə yüksək inam səviyyəsi ilə müşyiət olunur. Bu da hər şeydən öncə Azərbaycan rəhbərliyinin anlaşılan siyasəti və sosial nikbinliyin yüksək səviyyəsi ilə izah edilir.

"Demək olar ki, bütün ekspertlər ictimai konsolidasiyanın yüksək dərəcəsini və böhranı birlikdə arxada qoymaq imkanına əminliyi qeyd ediblər", - reytinqin analizində vurğulanıb.

Reytinqdəki sonrakı yerləri müvafiq olaraq Belarus, Litva, Estoniya, Türkmənistan, Latviya, Ukrayna, Özbəkistan, Moldova, Gürcüstan, Ermənistan, Qırğızıstan və Tacikistan tutub.

"Moldova, Gürcüstan, Ermənistan, Qırğızıstan, Tacikistan kimi ölkələrin aşağı reytinq almalarının səbəbi onların müstəqil şəkildə iqtisadiyyatdakı böhranı arxada qoymaq üçün səmərəli alətləri formalaşdıra bilməməsi, kredit və böhran yardımı üçün başqa ölkələrə müraciət etməsi olub. Ayrı-ayrı ölkələrdə durum, əsasən getdikcə pisləşən iqtisadi vəziyyətlə bağlı olan siyasi qeyri-sabitlik səbəbindən daha da pisləşir", - JEEN reytinqinin analizində qeyd edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti